Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Mehriban Əliyevanın sosial şəbəkə hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Prezidentin sosial media hesablarında 27 Sentyabr – Anım Günü ilə bağlı paylaşım edilib
Azərbaycanda Anım Günüdür: Vətən müharibəsinin başlanmasından 6 il ötür
Azərbaycan XİN 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
“Anım Günü şəhidlərin adlarının daim yaşadılması baxımından xüsusi əhəmiyyət daşıyır”
24 Avqust 2025 16:13
5 096
Bu gün sizə nağıl danımaq istəyirəm. Biri vardı, biri yoxdu. Xəzər dənizinin sahilində Azərbaycan adlı bir sovet sosialist respublikası var idi. Burada insanlar 60 yaşında təqaüdə çıxar, pulsuz müalicə olunar, uşaqlara isə 18 yaşınadək “uşaqpulu” deyilən maddi vəsait ödənilərdi. Bu respublikada xoşbəxt böyüyən uşaqlar çoxuydu. Bu uşaqların arasında Vəfa adında gözəl-göyçək, istedadlı bir qız da vardı, soyadı Fətullayeva idi...
…O, 25 avqust 1945-ci ildə Bakıda anadan olmuşdu. Atası Azərbaycan teatr sənətinin ilk tərtibatçı-rəssamı, xalq rəssamı Nüsrət Fətullayev, anası isə SSRİ Xalq artisti, aktrisa Hökumə Qurbanovaydı...
Orta təhsilini Bakıdakı 1 saylı məktəbdə alandan sonra Teatr İnstitutunun teatrşunaslıq fakültəsinə qəbul olmuşdu. 1968-ci ildə həmin fakultəni əla qiymətlərlə bitirmişdi. İlk dəfə- 1953-cü ildə 8 yaşı olarkən, Ələsgər Şərifovun səhnəyə qoyduğu, Uliyam Şekspirin "Qış nağılı" tamaşasında Mamili obrazını canlandırmışdı...
Vəfa xanım 1970-ci ildən, ömrünün sonuna qədər Azərbaycan Dövlət Dram Teatrında fəaliyyət göstərib. İşlədiyi dövrlərdə həm teatrda və həm də bədii filmlərdə bir-birindən bənzərsiz insan obrazları yaradıb. Yaradıcılığının çiçəklənən dövründə, 41 yaşında olarkən xərçəng xəstəliyinə düçar oldu və 1987-ci il may ayının 21-də vəfat etdi. Yaşasaydı, avqustun 25-də 80 yaşı tamam olardı. Ruhu şad olsun!..
...Göydən üç alma düşdü. Biri mənim, biri sənin, qoy biri də Azərbaycan Dövlət Milli Dram Teatrının payına düşsün...
Elman Eldaroğlu
25 Sentyabr 17:16
1 043
25 Sentyabr 12:00
1 638
24 Sentyabr 22:46
1 260