“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
23 Avqust 2025 18:24
4 235.jpg)
Azərbaycan musiqiçiləri hər il Türkiyədə keçirilən dünyanın ən məşhur və böyük festivallarından biri olan “Mədəniyyət yolu” Festivalında iştirak ediblər.
Avqustun 22-də Ərzurum şəhərində “Mədəniyyət Yolu” Festivalı çərçivəsində hər iki ölkənin mədəniyyət nazirliklərinin və Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə "Can Azərbaycandan sevgilərlə" adlı konsert proqramı keçirilib.
Ərzurumda İbrahim Erkal Mədəniyyət Sarayında keçirilən konsert proqramına maraq böyük olub, tədbirdə dövlət və ictimaiyyət nümayəndələri, şəhərin musiqisevərləri, tyerli azərbaycanlılar iştirak edibıər.
Öncə çıxış edən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Azərbaycan-Türkiyə tarixi dostluğu, qardaşlığı, bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də əlaqələrin inkişafından danışıb. O, Ulu Öndər Heydər Əliyevin “Biz bir millətin, iki dövlətiyik” şüarına isnad edərək, dünyanın seçilən mədəniyyət tədbiri olan məşhur “Kültür yolu” festivalı çərçivəsində Azərbaycanın zəngin mədəniyyəti, musiqisi, muğam sənətini, milli rəqslərimizin təqdim ediləcəyini bildirib.
Daha sonra təqdim edilən konsert proqramında Azərbaycanın Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupu çıxış edib. Qrupda gənc xanəndə və muğam müsabiqəsi laureatı Aytən Məhərrəmova, tarda Xalq artisti Elçin Həşimov, kamançada Əməkdar artist Elnur Əhmədov, nağarada Elnur Əliyev çıxış ediblər.
Konsert proqramında bir sıra muğamlarımız, xalq mahnılarımız, “Azərbaycan”, “Qarabağ”, “Bəribax”, “Xudayar təsnifi”, “Çırpınırdı Qara dəniz”, “Yaşa mənim xalqım” əsərləri ifa olunub.
9 Yanvar 17:54
1 869
9 Yanvar 16:47
2 009
9 Yanvar 12:00
1 995
.jpg)
.jpg)