Cənubi Qafqazda sülh yolunda...”
21 Noyabr 23:00
21 Noyabr 23:00
21 Noyabr 22:50
21 Noyabr 22:38
21 Noyabr 10:56
Bakıda 3 nəfərin öldüyü binada yanğınla bağlı klinika direktoru saxlanılıb - YENİLƏNİB
HƏMAS nümayəndə heyəti Qəzza ilə bağlı danışıqlar üçün Qahirəyə gedib
Azərbaycan və Braziliya iqlim maliyyəsinə dair “Yol Xəritəsi” hazırlayıb
Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti üzvlərinin Bakı görüşündəki razılaşmalar açıqlanıb
23 Avqust 11:03
3 101
Milli Məclisin deputatı Günay Əfəndiyeva təmsil etdiyi Xəzər rayonunun Zirə qəsəbəsində yerləşən və Azərbaycanın qədim dini abidələrindən olan Zirə Cümə məscidini ziyarət edib.
Deputat qeyd edib ki, bu ziyarət onun üçün önəmli mənəvi hadisə oldu: “Zirə qəsəbəsinin ağsaqqalı Fərhad Məmmədovun bizimlə birlikdə olması və onunla apardığımız söhbətlər mənim üçün bu ziyarətə əlavə bir dəyər qatdı. Məscidin dini icmasının sədri və imamı Hacı Qədir Nəcəfzadənin verdiyi məlumata görə, bu müqəddəs məkanın tarixi Orta əsrlərə söykənir. 2016-cı ildə məscid yenidən inşa olunaraq istifadəyə verilib və açılış mərasimində hörmətli Mehriban xanım Əliyeva şəxsən iştirak edib”.
G.Əfəndiyeva bildirib ki, Zirə Cümə məscidinin fondunda Azərbaycanla yanaşı, Türkiyə, Özbəkistan, Türkmənistan, İran, İraq və Səudiyyə Ərəbistanından gətirilmiş sənətkarlıq və əl işi məhsulları, dini-mədəni nümunələr yer alır: “Bu isə ölkəmizin beynəlxalq dini-mədəni əməkdaşlığa açıq platforma rolunu bir daha ortaya qoyur. Bu baxımdan düşünürəm ki, məscidin gələcəkdəki fəaliyyəti həm dini, həm də mədəni dəyərlərimizin zənginləşdirilməsi və inkişafına önəmli töhfə verəcək”.
23 Noyabr 16:52
1 176
22 Noyabr 18:33
2 128
22 Noyabr 14:38
1 820





