Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib Cəmiyyət

Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib

Piyada səkilərində nəqliyyat vasitələrinin saxlanılması halları ilə bağlı polisə edilən müraciətlər əsasında profilaktik tədbirlər davam etdirilir.

DİN-in Mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, növbəti tədbir zamanı paytaxtın Yasamal rayonunda yerləşən piyada səkilərində avtomobilləri park edən sürücülərlə maarifləndirici söhbətlər aparılıb.

Qeyd edilib ki, səkilərdə maşınların saxlanılması piyadaların yolun hərəkət hissəsinə çıxmasına səbəb olur. Bu isə onların həyat və sağlamlığını real təhlükə altında qoyur.

"Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, dayanma-durma və parklanma tələbləri ilə bağlı qanunlara düzgün əməl edilməlidir. Piyada səkilərində avtomobillərin saxlanılması qanun pozuntusu olmaqla bərabər sürücü intizamsızlığı kimi də qiymətləndirilir", məlumatda deyilir.

Qeyd olunub ki, polis əməkdaşları tərəfindən paytaxt ərazisində analoji tədbirlər davam etdiriləcək.

Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib Polis səkilərdə avtomobillərin parklanması ilə bağlı çağırış edib