İsrailin pilotsuz təyyarəsi Livanda iki Hizbullah döyüşçüsünü öldürüb​​​​​​​ Dünya

İsrailin pilotsuz təyyarəsi Livanda iki Hizbullah döyüşçüsünü öldürüb​​​​​​​

Şiə Hizbullah hərəkatının silahlı qanadının iki üzvü Livanın şimalındakı Hoş əs-Seyid Əli kəndində İsrailin pilotsuz təyyarəsinin hücumu nəticəsində öldürülüb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Elnashra" xəbər portalı məlumat yayıb.

Xəbər agentliyinin məlumatına görə, ölən döyüşçülər raket zərbələrinə məruz qalan pikapda olublar. Hər ikisi aldıqları yaralardan dərhal ölüb.

Məryəm Quliyeva