
Türkiyə Avropa Şurasının maliyyələşdirilməsini dayandırıb.
Bu barədə Türkiyə XİN başçısı Mövlud Çavuşoğlunun AŞ baş katibi Turbuyern Yaqlanda rəsmi məktubunda deyilir.
İki beynəlxalq hüquq müdafiə təşkilatı bu məlumatı Turan-a təsdiq edib. Həmin mənbələrin məlumatına görə, Ankaranın bu qərarının səbəbi AŞPA-nın Vatslav Havel adına beynəlxalq hüquq müdafiə mükafatını Türkiyədə həbsdə olan hakim Murat Arslana təqdim etməsidir. Türkiyənin AŞ büdcəsinə ödənişi 20 mln. dollar təşkil edir. Bu da ümumi büdcənin 16%-ni təşkil edir. Bir müddət əvvəl Rusiyanın da maliyyələşdirməni dayandırdığını nəzərə alsaq, AŞ ciddi çətinliklərlə üzləşəcək. Böyük ehtimalla Moskva və Ankaranın addımlarının sinxronlaşdırıldığını demək olar.