13:13
371
Rusiya tərəfi müharibədə 1,6 milyon əsgər itirib, bunlardan 700 mini öldürülüb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Fox News" telekanalına müsahibəsində bildirib. O əlavə edib ki, Ukrayna isə döyüş meydanında 50 min əsgərini itirib, 400 mini yaralanıb, həmçinin çoxlu sayda hərbçi itkin düşmüş hesab olunur.
Ukrayna lideri vurğulayıb: "Biz uduzmuruq, rusiyalılar isə qalib gəlmirlər. Öz aramızda desək, qalib gəlmək — ölkəmizi və müstəqilliyimizi itirməməkdir. Bu baxımdan biz qalib gəlirik".
Eyni zamanda Zelenski qeyd edib ki, cəbhədəki real vəziyyəti qiymətləndirsək, əsas məsələ təşəbbüsün Rusiyanın əlində olmamasıdır.
ABŞ və İran arasında Yaxın Şərqdəki münaqişəyə xüsusi toxunan Zelenski bildirib ki, Rusiya regionda müharibənin davam etməsində maraqlıdır: "ABŞ bu prosesə cəlb olunduğu müddətdə Ukraynaya əvvəlki kimi kömək edə bilmir".
Məryəm Quliyeva