“Azərbaycanla Aİ arasında razılıq əldə olunub” Siyasət

“Azərbaycanla Aİ arasında razılıq əldə olunub”

Avropa İttifaqı – Azərbaycan Əməkdaşlıq Şurasının 15-ci iclası pozitiv, konstruktiv və işgüzar dialoq şəraitində keçib.
Bu barədə KİV-ə açıqlamasında Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
XİN rəsmisinin sözlərinə görə, iclasa Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Avropa İttifaqı tərəfindən isə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Mogerini sədrlik edib. Avropaİttifaqı ilə Azərbaycan arasında siyasi, iqtisadi, ticarət, nəqliyyat,enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələləri ətraflı müzakirələr aparılıb.
"İclasda qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin əvvəlində Avropa İttifaqına səfəri ikitərəfli əlaqələrin inkişafında yeni səhifə açıb və əlaqələrin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasını təmin edib.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti və ümumiyyətlə, Şərq-Qərb nəqliyyat dəhlizinin inkişafına, Cənub Qaz Dəzlizi və bu xüsusda TAP layihəsinə Avropa İttifaqının qəti dəstəyi bir daha ifadə olunub.
Həmçinin Avropa İttifaqı tərəfindən Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə tam dəstək ifadə edilib.
İclas nəticəsində razılıq əldə olunub ki, Avropa İttifaqı və Azərbaycan arasında Təhlükəsizlik və Enerji məsələləri üzrə dialoq mexanizmi təsis edilsin".