30 Sentyabr 23:35
30 Sentyabr 23:33
30 Sentyabr 23:19
Prezident: Azərbaycan AQEM-in rolunun daha da artırılması üçün səylərini əsirgəməyib
Azərbaycan–Qazaxıstan Transxəzər fiber-optik xətti bir aydan az müddətə istifadəyə veriləcək
Britaniya səfiri: Etibarlı tərəfdaşlıq hər zamankından daha önəmlidir
Beynəlxalq axtarışda olan şəxs Polşadan Azərbaycana ekstradisiya edilib
09:40
483
ABŞ daha çox əlaqələndirilmiş CAMCA regionunun iqtisadi və insan potensialının inkişafını prioritet hesab edir.
"APA-Economics" xəbər verir ki, bunu ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Amy Carlon Bakıda keçirilən Mərkəzi Asiya–Monqolustan–Qafqaz–Əfqanıstan (CAMCA) Regional Forumunda çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ABŞ üçün əsas prioritetlərdən biri regiondaxili bağlantıların genişləndirilməsidir.
“Transxəzər Beynəlxalq Ticarət Marşrutu Mərkəzi Asiya, Xəzər regionu və Cənubi Qafqazı ABŞ və Avropa bazarları ilə əlaqələndirir. Bu ticarət marşrutu sadəcə infrastruktur deyil. Bu, iqtisadiyyatlar, xalqlar və onların gələcəyi arasında körpüdür”, – Amy Carlon bildirib.
Diplomat qeyd edib ki, ABŞ bu istiqamətdə konkret investisiyalarla dəstək göstərir və Trans-Caspian Enterprise Fund üçün 201 milyon ABŞ dolları ayırıb.
“Biz inanırıq ki, əlaqələndirilmiş region rifahlı regiondur. Tam reallaşdırılmış Transxəzər Beynəlxalq Ticarət Marşrutu bütün Avrasiyada ticarət modellərini dəyişdirmək potensialına malikdir və burada təmsil olunan hər bir ölkə bundan faydalana bilər”, – o əlavə edib.
Amy Carlon həmçinin bildirib ki, ABŞ CAMCA regionunu böyük iqtisadi və insan potensialına malik məkan kimi görür və regionun daha əlaqəli, dinc və rifahlı olması istiqamətində əməkdaşlığa sadiqdir.
10:32
252
10:31
245
10:12
343