08:56
882
BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak etmək üçün ABŞ-yə gələn İran nümayəndə heyəti sentyabrın 28-də ilkin qrafikə uyğun olaraq Nyu-Yorku tərk edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının BMT yanındakı daimi nümayəndəliyi məlumat yayıb.
Sentyabrın 28-də "Axios" portalı mənbələrə istinadən xəbər vermişdi ki, ABŞ Dövlət Katibi Marko Rubio ikitərəfli tənzimləmə danışıqlarının çıxılmaz vəziyyətə düşməsindən sonra İran nümayəndə heyətindən ölkəni dərhal tərk etməyi tələb edib.
"İran nümayəndə heyəti Nyu-Yorku sentyabrın 28-də axşam saatlarında daha əvvəl, sentyabrın 17-də Dövlət Departamentinə bildirildiyi qrafikə uyğun olaraq tərk edib. Heç nəyə nail ola bilməyən Dövlət Departamenti əsassız və dəyərsiz xəbərlər yaymağa əl atıb", - deyə İran missiyasının "X" sosial şəbəkəsindəki səhifəsində dərc olunan bəyanatda bildirilir.
Məryəm Quliyeva