Azərbaycanla İordaniya arasında viza tələbindən qarşılıqlı azad edilmə haqqında Saziş təsdiqlənib Siyasət

Azərbaycanla İordaniya arasında viza tələbindən qarşılıqlı azad edilmə haqqında Saziş təsdiqlənib

“Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş” təsdiq edilib.

Prezident İlham Əliyev bununla bağlı Qanunu imzalayıb.

Qeyd edək ki, Saziş 2026-cı il iyulun 8-də Bakı şəhərində imzalanıb.