Aİ Ukrayna baş nazirinin sabiq əvəzedicisi Arbuzova qarşı sanksiyalar tətbiq edib Dünya

Aİ Ukrayna baş nazirinin sabiq əvəzedicisi Arbuzova qarşı sanksiyalar tətbiq edib

Aİ Rusiyaya qarşı 22-ci sanksiya paketinə Ukrayna baş nazirinin sabiq icraçısı Gennadi Arbuzovu daxil edib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Avropa İttifaqının "Rəsmi Jurnalı"nda dərc olunmuş Aİ Şurasının qərarında deyilir.

Arbuzov 1976-cı ildə Donetsk şəhərində anadan olub, 2010–2012-ci illərdə Ukrayna Milli Bankına rəhbərlik edib, daha sonra Nikolay Azarov hökumətində baş nazirin müavini olub, 2014-cü il yanvarın 28-dən fevralın 27-dək isə Ukrayna baş nazirinin vəzifələrini icra edib. 2026-cı ildə "Ədalətli Rusiya" partiyasından DXR, LXR, Zaporojye və Xerson vilayətləri, Krım Respublikası və Sevastopol üzrə regional qrupun tərkibində Dövlət Dumasının deputatı seçilib.

Məhdudiyyətlər "Ukraynanın ərazi bütövlüyünü sarsıtdığına görə" 22-ci sanksiyalar paketi çərçivəsində, Brüsselin Krım, Donbas, Zaporojye və Xerson vilayətlərinin Rusiyanın tərkibinə daxil olmasını hələ tanımaması əsasında tətbiq edilib. Bu siyahıya daxil edilmə Aİ-yə giriş qadağası və Avropa İttifaqı ərazisindəki aktivlərin dondurulması deməkdir.

Məryəm Quliyeva