Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib Siyasət

Kambocanın Baş naziri Zəfər parkını ziyarət edib

Azərbaycanda rəsmi səfərdə olan Kamboca Krallığının Baş naziri Hun Manet oktyabrın 12-də Bakıda Zəfər parkını ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Kamboca Krallığının Baş naziri parkdakı Zəfər abidəsinin önünə əklil qoyub.