13:42
840
Türkiyənin Mərsin şəhərinin Akdeniz rayonunda yerləşən Birinci Mütəşəkkil Sənaye Zonasında tütünün emalı və siqaret borusunun istehsalı üzrə müəssisədə güclü yanğın baş verib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Yanğın anbar binalarından birində başlayıb, bundan sonra alov sürətlə qonşu iki anbara keçib. Sənaye zonasının üzərini qatı tüstü bürüyüb.
Yanğının söndürülməsinə Mərsin Bələdiyyəsinin yanğınsöndürmə briqadaları və sənaye zonasının fövqəladə hallar xidmətləri cəlb olunub. Yanğının ləğvi və konstruksiyaların soyudulması işləri davam etdirilir. Alovun başvermə səbəbləri müəyyənləşdirilir.
Məryəm Quliyeva