Nazir: Azərbaycanla Kamboca arasında yol xəritəsinin hazırlanması üçün ilkin razılıq əldə edilib
Mikayıl Cabbarov: Qeyri-neft-qaz sektorunun iqtisadiyyatda payı 72%-ə çatıb
QHT-lər dezinformasiyaya qarşı mübarizə mövzusunda ictimai müzakirə keçirib, bəyanat səsləndirilib
Səudiyyə vəliəhdi husilərin hücumları səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirib
“Dövlətimizi sevməyən qüvvələr məqsədlərinə çata bilməyəcəklər”
15:12
553
Səudiyyə Ərəbistanı Yəmənin "Ənsar Allah" üsyançı hərəkatı (husilər) tərəfindən ölkəyə qarşı həyata keçirilən son hücumlar fonunda dözümlülük imtahanından keçməyə hazırdır.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın energetika naziri şahzadə Əbdüləziz bin Salman Al Səud bəyan edib və ölkənin "ciddi cavab" verəcəyini qeyd edib.
"Təzyiq altında, şərait mürəkkəbləşdikdə sistemimiz necə işləyir? Bunlar dözümlülük üçün mühüm sınaqlardır və Səudiyyə Ərəbistanı bu imtahanlardan keçməyə hazırdır. Son həftələrin hadisələri ciddidir, bizim cavabımız da eyni dərəcədə ciddi olmalıdır", - deyə o, Ər-Riyadda keçirilən Ümumdünya Enerji Konqresindəki çıxışı zamanı bildirib.
Nazirin sözlərinə görə, Səudiyyə Ərəbistanı ölkə iqtisadiyyatının neftdən asılılığını azaltmağa yönəlmiş "Vision 2030" diversifikasiya proqramının icrasını davam etdirəcək. Ölkə, həmçinin öz energetika sistemini və sənayesini inkişaf etdirməyə davam edəcək. Nazir Səudiyyə Ərəbistanının beynəlxalq tərəfdaşlarla əməkdaşlığa "qətiyyətlə sadiq qaldığını" təsdiqləyib.
Məryəm Quliyeva