Uitkoff və Kuşner hələ də Rusiyaya səfər etməyi planlaşdırırlar Dünya

Uitkoff və Kuşner hələ də Rusiyaya səfər etməyi planlaşdırırlar

Amerikalı danışıqçılar Stiv Uitkoff və Cared Kuşner Moskvaya səfər etmək niyyətindən daşınmayıblar, lakin onlar bura Kiyevin mövqeyini dəqiq anlayaraq gələcəklər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS agentliyinə mənbə bildirib.

"Niyyətin özü var, lakin Kiyevin mövqeyinin anlaşılmasında çətinliklər mövcuddur. Onlar gələcəklər, lakin bu mövqeyi tam və dəqiq anlayaraq gələcəklər", - deyə agentliyin həmsöhbəti qeyd edib.

Səfərin yaxın iki həftə ərzində baş tutub-tutmayacağı ilə bağlı dəqiqləşdirici suala cavab verən mənbə bildirib: "Bütün seçim variantları masadadır".

Məryəm Quliyeva