11 Oktyabr 21:02
10 Oktyabr 10:00
11:27
553
“Çox təəssüflər olsun ki, Azərbaycan dövləti qonşu İrana əl uzatdıqca, onunla münasibətləri normallaşdırmağa daha səylə çalışdıqca, o tərəfdən də bu tərəfə təxribatlar artmağa davam edir, özü də çox sürətlə artır”.
Bu fikirləri xalqcebhesi.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.
A.Həsrət söyləyib ki, bu təxribatların arxasında İranı idarə edən fars-molla rejimi dayanır: “Yəni onlar qonşu Azərbaycan Respublikası ilə normal münasibətlərdə maraqlı olmadığını hər fürsətdə göstərirlər. Özəlliklə də insanların səmimi, dini hisslərini istismar edərək Azərbaycanın daxili işlərinə qarışır, ümumiyyətlə, Azərbaycanda xaos, anarxiya yaratmaq üçün əllərindən gələni edirlər. Çox təəssüflər olsun ki, bu çirkin istəklərini gerçəkləşdirmək üçün orta məktəblərin azyaşlı uşaqlarından belə vicdansızcasına istifadə edirlər. Ona görə də bizim insanımız diqqətli olmalıdır, özəlliklə də ata-analar bu mövzularda çox ciddi diqqət göstərməlidirlər ki, onların uşaqları belə çirkin, mərdimazarlığın alətinə çevrilməsin”.
Röya İsrafilova
12:04
350
11 Oktyabr 21:02
875
10 Oktyabr 10:00
1 505