İran ABŞ ilə vasitəçilər vasitəsilə danışıqların davam etdiyini açıqlayıb Dünya

İran ABŞ ilə vasitəçilər vasitəsilə danışıqların davam etdiyini açıqlayıb

Pakistan və Qətər İran ilə ABŞ arasındakı münaqişənin tənzimlənməsində vasitəçilik funksiyasını yerinə yetirməkdə davam edirlər.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi bəyan edib.

"Texniki nöqteyi-nəzərdən İran və ABŞ arasında vasitəçilərin rolu əvvəlki kimi Pakistan və Qətər kimi ölkələrin üzərinə düşür", - deyə o, brifinqdə bildirib.

Bəqayi Tehran və Vaşinqton arasında mesaj mübadiləsinin davam etdiyini qeyd edib. Onun sözlərinə görə, hazırda İran Amerika tərəfinin Hörmüz boğazında təhlükəsizliyin bərpasına dair yeddi günlük plana aid təkliflərini nəzərdən keçirir.

Məryəm Quliyeva