15:52
483
Kamboca və Azərbaycanın bir-birinin bazarları, sənayesi və biznes imkanları barədə öyrənəcəyi çox şey var.
“APA-Economics” xəbər verir ki, bu barədə Komboca Krallığının ticarət naziri Cham Nimul Bakıda keçirilən Azərbaycan-Komboca biznes forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, bugünkü forum Komboca şirkətlərinə birbaşa əlaqələr qurmaq, təcrübə mübadiləsi aparmaq və tərəflərdən hər hansı biri üçün hələ kifayət qədər tanış olmayan imkanları araşdırmaq baxımından dəyərli fürsət təqdim edir:
“Biz anlayırıq ki, daha sıx kommersiya əlaqələrinin qurulması hökumətlər və özəl sektor arasında davamlı əməkdaşlıq tələb edir. Bu baxımdan, Kamboca Ticarət Nazirliyi biznes əlaqələrinin qurulmasına dəstək göstərmək, bazar məlumatlarına çıxışı yaxşılaşdırmaq və zəruri hallarda praktiki çətinliklərin aradan qaldırılmasına kömək etmək məqsədilə azərbaycanlı tərəfdaşlarımız və müvafiq ticarət palataları ilə sıx əməkdaşlıq etməyə hazırdır”.
Nazir qeyd edib ki, ortaq məqsəd biznes subyektlərinin imkanları araşdırması və uzunmüddətli kommersiya tərəfdaşlıqları qurması üçün əlverişli şərait yaratmaqdır:
“Buna görə də özəl sektor nümayəndələrinin bu gün tədbirdə fəal iştirakını alqışlayıram. Onların kommersiya sahəsindəki bilikləri, təşəbbüskarlığı və təcrübəsi hökumətlərin təkbaşına müəyyən edə bilmədiyi imkanların aşkar olunmasında mühüm əhəmiyyət daşıyır.
Bu fikir mübadiləsi zamanı əldə edilən məlumatlar da qurumlarımızın ikitərəfli ticarətə daha yaxşı dəstək göstərməsi yollarının müəyyənləşdirilməsinə kömək edəcək”.
16:32
252
16:12
406
16:11
406