13:13
441
“Azərbaycan müstəqil dövlətdir və ölkəmizin daxili işlərinə müdaxilə etmək heç bir xarici gücün hüququ ola bilməz. Bu prinsip Tehran üçün, bizim müstəqilliyimizi hələ də qəbul edə bilməyən digər paytaxtlar üçün də eyni dərəcədə keçərlidir”.
Bunu xalqcebhesi.az-a açıqlamasında nasir, publisist, Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı deyib.
Ə.Qoşalı söyləyib ki, Azərbaycanın dünyəvi dövlət quruluşu, milli-mənəvi dəyərləri və müstəqil xarici siyasəti xalqımızın tarixi seçiminə, konstitusion iradəsinə əsaslanır: “Dini yaxınlıq siyasi asılılıq yaratmır, məzhəb ortaqlığı dövlət suverenliyini məhdudlaşdırmır. Azərbaycan vətəndaşının dini inancı onun qətiyyən başqa bir dövlətin siyasi təsir dairəsinə aid olması anlamına gəlmir. Tehranla münasibətlərə də bu prinsipial mövqedən yanaşılmalıdır. Əlbəttə, Tehran tərəfindən Azərbaycana yönələn hər hansı siyasi təzyiq, ideoloji müdaxilə və ya iç sabitliyi pozmağa hesablanmış fəaliyyət barədə faktlar və əsaslı şübhə doğuran hallar ciddi araşdırılmalı, təsdiqlənən hallar bundan sonra da hüquqi, eləcə də diplomatik müstəvidə gərəyincə cavablandırılmalıdır. Sözügedən dövlətlə onun xalqını, öz dədə-baba torpaqlarında yaşayan milyonlarla soydaşımızı eyniləşdirmədiyimizi də deməliyik. Bizim etirazımızın hansısa xalqa, inanca və ya məzhəbə qarşı olmadığı apaydındır; etirazımız dövlət suverenliyi prinsipini pozan bədxah siyasətə qarşıdır”.
Onun sözlərinə görə, Azərbaycanın gücü möhkəm qorunan sərhədlərinin toxunulmazlığı ilə yanaşı, həm də toplumunun maarifçi immunitetində, milli birliyində və dövlətçilik şüurundadır: “Yad ideoloji təsirlərə qarşı ən davamlı sipər-sərhəd savadlı, ayıq, öz dünyəvi dövlətinə bağlı vətəndaşdır, vətəndaş cəmiyyətidir. Bəli, qarşılıqlı sayğı siyasi mədəniyyətin tələbidir. Müstəqil Azərbaycanla münasibət qurmaq istəyən hər bir dövlət bu həqiqəti mütləq nəzərə almalıdır. Bir vaxtlar İran yük maşınlarına erməni qeydiyyat nişanları vuraraq Xankəndiyə yanacaq daşınmasını gizlətməyə çalışan zehniyyətin başqa qiyafətdə, başqa vasitələrlə yenidən qarşımıza çıxmasına yol verilməməlidir. Dövlətimiz görür, bilir və suverenliyimizi qorumaq üçün yetkin siyasi iradəyə, zəruri imkanlara malikdir! Dövlətimiz zaval görməsin!”.
Röya İsrafilova
08:49
693
11 Oktyabr 17:01
1 344
11 Oktyabr 16:25
2 604