Ermənistan “Metsamor” AES-ni bağlamaq istəmir Siyasət

Ermənistan “Metsamor” AES-ni bağlamaq istəmir

Ermənistanın baş naziri Nikol Paşinyan Metsamorda yerləşən Atom Elektrik Stansiyasının (AES) istismar müddətini artırmaq istədiklərini bəyan edib.
Ermənistan mətbuatı xəbər verir ki, bu barədə Paşinyan "Exo Moskvı" nəşrinin redaktoru Aleksey Venediktova müsahibəsi zamanı bildirib.
"Biz indi bizim AES-in istismar müddətini 2040-cı ilə kimi uzatmaq istəyirik. Və ümid edirəm ki Rusiya bu mövzuda bizə yardımçı olacaq. Ona görə ki, bizim hazırda bu işi özümüzün başlamağımız üçün kifayət qədər vəsaitimiz yoxdur. əgər bizim rusiyadakı həmkarlarımız bu işdə yardımçı olsalar biz məmnun olarıq. Biz bu işdə çox maraqlıyıq. Biz AES-imizi bağlamaq niyyətində deyilik" – Paşinyan bildirib.
Onun sözlərindən Avropadan rədd cavabı aldıqdan sonra Rusiyaya ümid etdikləri aydın görünür.
Belə ki, MAQATE (Atom Enerjisi Üzrə Beynəlxalq Agentlik) bu stansiyanın bağlanması haqda qərar qəbul edib. Belə ki, AES həm texnologiya həm də yerləşdiyi ərazi cəhətdən təhlükəli hesab edilib. Onun istismar müddətinin artırılması mütəxəsislər tərəfindən təhlükəli bilinib.
Mütəxəssislər Çernobıl faciəsindən sonra Metsamor stansiyasında da analoji hadisənin təkrarlanmasından ehtiyatlanırlar.
Dəfələrlə beynəlxalq ictimaiyyət və mütəxəssislər tərəfindən AES-in fəaliyyətinin dayandırılması tələb edilib.
Qeyd edək ki, tikintisinə 1970-ci ildə başlanılmış AES elə əvvəlcədən seysmik ərazidə tikilib. 1980-ci illərdən iki enerji bloku ilə fəaliyyət göstərən Metsamor AES Ermənistanın 40% elektrik enerjisi tələbatını təmin edib.1982-ci ildə stansiyada yanğın və 7 dekabr 1988-ci ildə isə Ermənistan ərazisində 7 ballıq AES-in bağlanmasını tezləşdirib. AES isə 8 ballıq zəlzələ üçün nəzərdə tutulub. Bir il sonra Ermənistan SSR AES-in fəaliyyətinin dayandırılmasını və bağlanmasını qərara alıb. 7 aprel 1993-cü ildə Ermənistan hakimiyyəti stansiyanı yenidən işlətmək qərarına gəlib. 1995-ci ildə stansiyanın 2-ci enerji bloku fəaliyyətə başladılır.