Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“İşğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunmalıdır”

“İşğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunmalıdır” Siyasət

“İşğal olunmuş ərazilərlə bağlı qanun qəbul olunmalıdır”

Milli Məclisin yaz sessiyasının ilk iclası keçirilib. İclasda 38 məsələ müzakirəyə çıxarılıb. Milli Məclisin spikeri Oqtay Əsədov deyib ki, Milli Məclis Prezident İlham Əliyevin yüksək səviyyədə apardığı daxili və xarici siyasəti dəstəkləmək üçün əlindən gələni edib və qanunvericilik fəaliyyətini artırıb". O.Əsədov əminliyini bildirib ki, parlament bu günə qədər qazandığı uğurları davam etdirəcək və qanunvericilik fəaliyyətini daha da artıracaq.
"Bu yaz sessiyasında Nazirlər Kabinetinin hesabatı dinləniləcək, 2018-ci ilin dövlət büdcəsinin icrası haqqında qanun layihəsi Milli Məclisə çıxarılacaq. Bundan əlavə, Hesablama Palatasının, Ombudsman Aparatının hesabatları dinləniləcək".
Deputat Vahid Əhmədov "Əmanətlərin tam sığortalanması haqqında" qanunun vaxtının uzadılmasını təklif edib. Deputat vurğulayıb ki, bu qanun 2016-cı ildən tətbiq edilməyə başlanılıb: "Əmanətlərin tam sığortalanmasının müddəti cari ilin mart ayında başa çatır. Bu müddətin uzadılması üçün yeni qanun qəbul edilməli, ya müvafiq qanuna dəyişikliklər edilməlidir. Əgər bu müddət uzadılmasa, Azərbaycanın bank sistemi çökəcək. Bankları da, əmanətçiləri də bu vəziyyətdən çıxarmaq lazımdır. Yoxsa bu, banklara növbəti böyük zərbə olar".
Deputat Fazil Mustafa bildirib ki, onlayn media ilə bağlı qanun layihəsinin hazırlanması sürətləndirilməlidir". Fazil Mustafa onlayn media ilə bağlı yeni qanun layihəsinin hazırlanmasını indiki mövcud situasiya ilə əlaqələndirib: "Hesab edirəm ki, buna indiki dövrdə ehtiyac var və qanun layihəsinin hazırlanması sürətləndirilməlidir".
Deputat həmçinin Əhməd bəy Ağaoğluna heykəl ucaldılmasını təklif edib. O bildirib ki, bu il Ağaoğlunun 150 illik yubileyi tamam olur: "Hesab edirəm ki, bu heykəl Gürcüstanda azərbaycanlılar yaşayan bölgədə ucaldılmalıdır. Bu, elə bizim Gürcüstandakı indiki situasiyaya, yəni, erməni terrorçusuna qarşı heykəl ucaldılması məsələsinə ən böyük etirazımız olardı. Bu məsələdə ümumi sözlərlə kifayətlənmək olmaz".
Deputat Əli Məsimli deyib ki, obyektlərdə yoxlamaların dayandırılması sahibkarlığın inkişafı üçün çox vacib rol oynadı: " Amma bundan sui-istifadə halları da mövcuddur. Həmin şəxslər Azərbaycanı keyfiyyətsiz məhsulların satış poliqonuna çevirmək istəyirlər". Onun sözlərinə görə, həmin sahibkarlar bu məsələdə xeyli problemlər yaradıblar: "Bu cür halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi addımlar atır. Təklif edirəm ki, agentliyin səmərəli fəaliyyəti üçün "Qida təhlükəsizliyi haqqında" qanun layihəsi hazırlansın. Bununla bağlı digər qanunvericilik aktlarına da dəyişiklik edilməsini vacib hesab edirəm".
Deputat deputat Zahid Oruc isə deyib ki, Şəhidlər Xiyabanını aksiya məkanına çevirmək olmaz. O bildirib ki, Şəhidlər Xiyabanı millətin qürur, and və sükut yeridir: "Həmin məkanı heç bir halda aksiya məkanına çevirmək olmaz. Kimlərsə də bu müqəddəs məkanı aksiya yerinə çevirmək istəyirlərsə, çox böyük səhv edirlər. Onlara da ən böyük cəzanı şəhidlərin ruhu verəcək".
Deputat Fəzail Ağamalı deyib ki, Milli Məclis Mehman Hüseynovun məsələsini bayraq edib Azərbaycana qarşı kəskin iddialarla qətnamə qəbul edən Avropa Parlamentinə etiraz məktubu ünvanlamalıdır. Deputat təəssüflə qeyd edib ki, Avropa Parlamenti, beynəlxalq təşkilatlar Ermənistanda baş verənlərə münasibət bildirmir: "Ermənistan həbsxanasında aclıqdan ölən siyasi fəal barədə müzakirə aparılmadı. Avropadakı təşkilatlar Ermənistanı müdafiə etməklə onların Azərbaycana qarşı işğalçılıq siyasətini stimullaşdırırlar. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ikili yanaşma mövcuddur. Bu, onların bir daha xristian təəssübkeşliyinin nümayişidir". Deputatın sözlərinə görə, etiraz məktubunda tələb edilməlidir ki, ikili standartlara son qoyulsun: "Azərbaycan gücləndikcə, nüfuzu artdıqca, islahatlar dərinləşdikcə anti-milli qüvvələr hücuma keçirlər".
Deputat Əli Məsimli isə deyib ki, problemli kreditlərin həcmi ümumi kredit partfelinin 14 faizinə yaxınlaşır: "Başqa ölkələrdə problemli kreditlərin faizi 3-5 faizə çatanda hökumət hərəkətə keçir. Amma bizdə problemli kreditlərin həcmi ümumi kredit partfelinin 14 faizinə yaxınlaşır. Yəni problemli kreditlərin həcmi kritik həddən bir neçə dəfə artıqdır".
Deputat İqbal Məmmədov diqqətə çatdırıb ki, bir millət vəkili kimi bizim əsas vəzifələrimizdən biri sözsüz ki, seçicilərimizin qayğısı, problemləri ilə maraqlanmaq, onları narahat edən məqamları, eyni zamanda, arzu və istəklərini dilə gətirməkdən ibarətdir: "Başa vurduğumuz tətil vaxtı fürsətdən istifadə edib təmsil etdiyim Lerik rayonunun bir çox yaşayış məntəqələrini gəzdim və mümkün olduğu qədər seçicilərlə görüşlər keçirtdim. Mən onların fikirlərini burda səsləndirməyə söz vermişəm, buna görə icazənizlə bir neçə məqama toxunmaq istəyirəm".
Onun sözlərinə görə, dünyamız qloballaşıb, dövrümüz internet və sosial şəbəkələr dövrüdür: "Bu gün ölkəmizin ən ucqar yaşayış məntəqəsində belə istənilən vətəndaşımız bir düyməyə basmaqla özünü hər hansı şəbəkənin içində görür və media ilə ünsiyyət halında olur. Bu gün vətənimizi sevməyən, ona düşmən münasibət bəsləyən saysız-hesabsız qüvvələr var və çox aktiv şəkildə fəaliyyət göstərirlər. Çox təəssüf hissi ilə qeyd edirəm ki, bu tip qüvvələrin oyununa gələn, onların məkrli planlarına alət olan həmvətənlərimiz də var. Tənqid normal və inkişaf üçün vacib şeydir. Ulu öndərimiz zamanında kütləvi informasiya sistemlərində senzuranı ləğv etməklə tənqidə yol açdı və bir çox sahənin inkişafına zəmin yaratdı. Ancaq təhqir yolverilməzdir…".
Deputat qeyd edib ki, siyasi mübarizə, müxalifətçilik demokratiyanın bünövrə daşıdır: "Ancaq əxlaq çərçivəsindən kənara çıxılan istənilən mübarizə mənəviyyatsızlıqdır, əqidəsizlikdir. Bu gün ölkəmizdə aparılan islahatları görməmək, gözardı etmək mümkün deyil. Vətəndaşına, insanına, bu torpaq uğrunda canından keçmiş şəhidinə, onların varislərinə, müharibə əlillərinə, iştirakçılarına göstərilən qayğı, hörmət bəlkə də dünyanın heç bir ölkəsində Azərbaycan səviyyəsində deyil. Möhtərəm prezidentimiz tərəfindən son dövrlərdə imzalanmış fərman və sərəncamlara baxarkən, şəhid ailələri və müharibə iştirakçılarının sosial təminatının yaxşılaşdırılması, onların mənzillərlə təmin olunması istiqamətində göstərişlərini, onlarla görüşü zamanı nümayiş etdirdiyi ehtiramı, nəzakəti müşahidə edərkən ölkəmiz adına qürur hissi yaşayırıq.
Bizim onsuz da Ermənistan kimi düşmənimiz var və hamımıza bəllidir ki, bu düşmənin kifayət qədər xarici havadarları var. Mən bu tribunadan istifadə edib damarında azərbaycanlı qanı axan hər kəsə müraciət edir, bu düşmənlərin oyununa gəlməməyi, onların aləti olmamağı vətənimizə qarşı oynanan hər hansı oyunun içində olmamağı xahiş edirəm. Bu tək mənim xahişim deyil, bütün seçicilərimin xahişidir. İstisnasız olaraq görüşdüyümüz hər bir vətəndaşımız bu fikirləri səsləndirir və bizdən hansısa addımı atmağı xahiş edir.
Məncə bu mövzuda qanunvericiliyimizə müəyyən dəyişiklik etməyin vaxtı çatıb. Saxta adlardan istifadə edib sosial şəbəkələrdə dövlətimizi, dövlət başçımızı, vətəndaşımızı təhqir edən, əxlaqsız fikirlər səsləndirən şəxslər mütləq cəzalandırılmalıdır. Mən bir deputat kimi seçicimə söz vermişəm və bu yolda əlimdən gələni əsirgəməyəcəyəm.
Deputat Sahib Alıyev isə onlayn mediadan bəhs edib. O deyib ki, sosial şəbəkələr haqqında ayrıca bir qanun qəbul edilməli, yaxud KİV haqqında qanuna yenidən baxılmalıdır. Bildirib ki, sosial şəbəkələrdə meydan sulayan bir sıra şəxslər terrorçulardan daha təhlükəlidir. Sahib Alıyev sosial şəbəkələrin qanunla tənzimlənməsini təklif edib. Deputat bildirib ki, təkcə onlayn media deyil, həmçinin sosial şəbəkələr də qanunla tənzimlənməlidir. O qeyd edib ki, ya bununla bağlı ayrıca qanun qəbul olunmalı, ya da mövcud qanunvericiliyə dəyişikliklər edilməlidir: "Çünki, xüsusilə bu gün sosial şəbəkələrdə təhqirlər baş alıb gedir".
Deputat Flora Qasımova Qarabağdakı erməni talanlarının qarşısını almaq üçün gecikmiş də olsa, işğal olunmuş ərazilərlə bağlı qanunun qəbulunu təklif edib. Daha sonra xanım deputat ağdərəlilərin Dağlıq Qarabağın azərbaycanlı icmasından kənarda qaldığını və odur ki, 90-cı illərin əvvələrində ləğv edilən Ağdərə rayonunun yenidən yaradılmasını xahiş edib. Flora Qasımova Dağlıq Qarabağın Azərbacanlı İcmasının yenidən formalaşmasını təqdir edərək quruma parlament səviyyəsində dəstək verilməsini zəruri sayıb: "Mən çox istərdim ki, Milli Məclis üzvlərinin icma ilə sıx təmasları olsun".
Deputat Elmira Axundova dəm qazı səbəbindən baş verən faciələrə diqqət çəkib. O bildirib ki, staistikaya görə, artıq bu il dəm qazından dünyasını dəyişənlərin sayı kifayət qədər çoxdur. "Əgər günahın 50-60 faizi sadə vətəndaşların üzərindədirsə, qalan faizi "Azəriqaz"ın üzərindədir. Gündüz saatlarında qaz zəifləyir, gecə isə 3-4 dəfə artır. Yaxud soyuq havada qazın təzyiqi vaxtaşırı artır, yaxud azalır, bu da faciələrə səbəb olur". E.Axundova bədbəxt hadisələrinin qarşısını almaq üçün konkret təkliflə çıxış edib: "Təklif edirəm ki, hər bir evdə avtomatik işə düşən təhlükəsizlik sistemi quraşdırılsın, tikilən evlərdə sayğacla yanaşı, təhlükəsizlik sistemləri də yerləşdirilsin. Nəhayət, müvafiq qurumlar bütün evlərdə kütləvi yoxlamalara başlasınlar, evlərdə tüstü-bacalar təmizlənibmi, yaxud təhlükəsizlik qaydalarına əməl olunubmu? Başa düşürəm, "Azəriqaz" işçiləri vətəndaşlarla humanist davranırlar, onlara problemlərin aradan qaldırılmasını təklif edirlər ki, gələn dəfə problem həllini tapsın. Amma gələn dəfə çox gec olur və vətəndaşlar növbəti bədbəxt hadisələrin qurbanı olurlar".
Əli