Ukrayna NATO-ya üzv olmaq üçün Konstitusiyasını dəyişib Siyasət

Ukrayna NATO-ya üzv olmaq üçün Konstitusiyasını dəyişib

Ukrayna Ali Radası ölkə Konstitusiyasının dəyişdirilməsi ilə bağlı qanun dəyişikliyini qəbul edib.
Sənəd rəsmi Kiyevin NATO və Avropa İttifaqına üzvlüyünü strateji hədəf elan edir, hökumətə hər iki təşkilata daxil olmağı təmin etməyi, prezidentə isə bu təşəbbüslərin təminatçısı rolunu verir.
Səsvermədən öncə, spiker Andrey Parubiy bütün vətənpərvərlərin bu dəyişikliyi dəstəkləməli olduğunu bildirib. Qanunu 385 deputatdan 334-ü dəstəkləyib. Yalnız 35 deputat qərara qarşı çıxıb.