“Azərbaycan artıq 1999-cu ildəki Azərbaycan deyil” Siyasət

“Azərbaycan artıq 1999-cu ildəki Azərbaycan deyil”

Takir Mirkişili:”İqtisadi və siyasi cəhətdən regional güc mərkəzinə çevrilmiş bir ölkədir”

“Son zamanlar Avropa Birliyi və Azərbaycan arasında imzalanması planlaşdırılıan strateji tərəfdaşlığa dair saziş haqqında müxtəlif müzakirələr aparılır. İlk öncə onu qeyd etmək lazım ki, 1999-cu ildən Avropa Birliyi və Azərbaycan arasında imzalanmış Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinin müddəti 2019-cu ildə başa çatır və onun yenilənməsi təbiidir”. Bu fikirləri millət vəkili Tahir Mirkişili səsləndirib. Onun sözlərinə görə, digər tərəfdən 2018-ci ildə Azərbaycan Prezidentinin Avropa Birliyinin mənzil qərargahına səfəri zamanı imzalanmış "Tərəfdaşlıq Prioritetləri" adlı sənəddə imzalanacaq yeni sazişin istiqamətləri dəqiq müəyyən olunub: “Bu istiqamətlərdən mühüm olanlarından biri Azərbaycanın ərazi bütövlüyü və suverenliyidir ki, bu məsələ sənəddə öz əksini tapıb. Əvvəlki sazişdə olduğu kimi, imzalanacaq bu saziş də siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Yeni sazişin müasir reallıqları və gələcək çağırışları da özündə ehtiva etməsi nəzərdə tutulur ki, məhs bu məqam sazişə hər iki tərəfdən diqqətlə yanaşmanı göstərir". Onun sözlərinə görə, bu çağırışlar isə əsasən enerji təhlükəsizliyi və iqtisadi əməkdaşlıqlarla bağlıdır. İlkin informasiyalara görə hazırkı müzakirələr də məhs bu iki məqam üzərində gedir: "Bunun səbəbləri aşağıdakılardır. Birincisi, Azərbaycan artıq 1999-cu ildəki Azərbaycan deyil, iqtisadi və siyasi cəhətdən regional güc mərkəzinə çevrilmiş bir ölkədir. Öz maraqlarını daha güclü şəkildə müdafiə etməsi təbiidir. Ikincisi, Avropa Birliyi də 1999-cu ildəki Avropa Birliyi deyil, keçən 10 il ərzində Birlikdə sarsıntılar baş verib, Brexit prosesi yaşanıb və üzv ölkələr arasında siyasi və iqtisadi fikir ayrılıqları daha də dərinləşib. Bütün bunlarla yanaşı Avropa Birliyi hələ də cəlbedici bazar və texnologiyaların məkanlarından biridir. Üçüncüsü, Azərbaycanın indidən sonrakı 10 il üçün aydın iqtisadi strategiyası var. Ölkə iqtisadiyyatı daha da güclənəcək və təbii olaraq iqtisadi subyektlərin iqtisadi və coğrafi mövqeyi daha da artacaq. Dördüncüsü, Avropa Birliyinin sonrakı 10 il üçün gələcək perspektivləri iqtisadi və siyasi cəhətdən çox da nikbin deyil. Birlikdə ciddi bürokratik islahatların gedəcəyi planlaşdırılır. Beşincisi, Azərbaycan növbəti 10 illər ərzdinə Avropa Birliyi üçün dayanıqlı və etibarlı enerji təhcizatçısı rolunu oynamaqla Avropa Birliyinin enerji təhlükəsizliyinə böyük dəstək verəcək. Bu dəstək eyni zamanda Avropa Birliyinin özünün taleyinə mühüm dəstək olacaq". Millət vəkili qeyd edib ki, Azərbaycan sahib olduğu beynəlxalq nəqliyyat dəhlizləri vasitəsilə Avropa və Asiya arasında mühüm iqtisadi qovşaq yaradaraq hər iki hissənin iqtisadi əlaqələrini intensivlinə dəstək verməkdədir. Yəni Azərbaycanın imkanları Avropa Birliyini Asiya bazarlarına yaxınlaşdırır. Eyni zamanda, Avropa Birliyinin Cənubi Qafqaz ölkələri ilə ticarət həcminin 77% -i Azərbaycanın payına düşür və Azərbaycanın da xarici ticarət həcmini 40%-i Avropa Birliyinin payına düşür. Həmçinin, Azərbaycan Çinin "Bir kəmər bir yol" layihəsində əsasə tərəfdaşlardan biridir: "Bütün bu yuxarıda sadaladıqlarım Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq sazişin bərabər hüquqlu və diqqətlə hazırlanmasını tələb edir. Burda əsas məsələ vaxt deyil, məzmun və keyfiyyətdir. Təcrübə göstərir ki, Avropa Birliyi kimi beynəlxalq təşkilatların tamamilə öz maraqlarına xidmət edən standart müqavilə şablonları olur, onları dəyişdimədən qısa müddə ərzində imzalmaq mümkündür, hasını ki, Gürcüstan və Ermənistan artıq imzalayıblar. Düşünürəm ki, Azərbaycan və Avropa Birliyi arasında imzalanacaq saziş hər iki tərəf üçün vacibdir. Hər iki tərəfin qarşında duran çağırışların həlli üçün qarşılıqlı maraqları özündə əks etdirən sazişə ehtiyac var".

Deputat Kamilə Əliyeva isə deyib ki, Azərbaycanın dünya dövlətləri, nüfuzlu beynəlxalq qurumlar, o cümlədən də Avropa İttifaqı ilə əməkdaşlığa ehtiyacı varsa, bu əlbəttə təktərəfli deyil: “Çünki onların da Azərbaycana ehtiyacı var. Bölgədə, regionda Azərbaycanın arzusu, istəyi olmadan heç nəyi reallaşdırmaq, icra etmək mümkün deyil”. O bildirib ki, müstəqillik illərində Azərbaycanın əməkdaşlığa, tərəfdaşlığa üstünlük verdiyi önəmli və nüfuzlu beynəlxalq qurumlardan biri Avropa İttifaqıdır. Deputat söyləyib ki, Azərbaycan öz milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir və bu əməkdaşlığa da daim sadiqdir. Prezident İlham Əliyevin bir neçə gün bundan öncə Brüsselə səfərini xatırladan K.Əliyeva vurğulayıb ki, dövlət başçısı səfər çərçivəsində Avropa İttifaqının rəsmiləri ilə yenidən bir araya gəlməklə yanaşı, keçirilən görüşlər tərəflər arasında münasibətlərin növbəti yeni mərhələyə qədəm qoyduğunu ortaya qoydu: “Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla görüş ikitərəfli münasibətlərin inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdi”. Deputat əlavə edib ki, bu gün Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Avropa İttifaqı üçün xüsusi əhəmiyyət daşıyır: “Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə sahib olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir”.