“Köklü islahatlarla dəyişikliklərə doğru” adlı tədbir keçirilib Siyasət

“Köklü islahatlarla dəyişikliklərə doğru” adlı tədbir keçirilib

Dünən Beynəlxalq Mətbuat Mərkəzində bir sıra siyasi partiyaların ümumi toplantısı keçirilib. Partiya sədrləri və funksionerlər “Köklü islahatlarla dəyişikliklərə doğru” adlı layihə ətrafında müzakirələr aparıblar.
Təbdirin təşkilatçılarından olan Pənah Hüseyn bildirib ki, hazırda iqtidar və müxalifət dairələrində bir konsensus var. Onun sözlərinə görə, dəyişikliklər labüddür, fikir ayrılıqları isə dəyişikliklərin harada və necə aparılması ilə bağlıdır: “Fikir ayrılıqları ondan ibarətdir ki, bir qrup hesab edir ki, bu dəyişiklikləri yuxarıdan aparmaq lazımdır. Bu mənada iqtidara dəstək vermək və onları müdafiə etmək nəzərdə tutulur. Digər fikir ondan ibarətdir ki, sosial inqilablar labüddür. Bu məsələlər ətrafında aşırı mövqelər də var... Biz hesab edirik ki, müxalifətin əsas vəzifəsi alternativ təkliflər, proqramlar təklif etməkdən, ictimai rəyin gücündən istifadə, islahatlar proqramı ilə çıxış etməkdən ibarətdir. Müxalifətdən təkliflər getməməlidir kimi yanaşmanı doğru hesab etmirik”.
Pənah Hüseyn bildirdi ki, siyasi proseslərə cəlb olunma dərəcəsindən asılı olmayaraq, xalqın maraqlarına cavab verən hədəflər uğrunda bütün milli, mütərəqqi qüvvələrin birləşməsinə nail olmaq mümkündür. Çıxışçının sözlərinə görə, əməkdaşlıq mümkündür. Bunun təşkilatı fəaliyyət formalarını tapmaq da mümkündür: “Bu dediyimiz milli mütərəqqi qüvvələr cəmiyyətin bütün təbəqələrində, iqtidarın müəyyən dairələrində, ziyalıların içərisində də mövcuddur. Sadəcə səylər göstərmək lazımdır. Keçən ilin sonlarından etibarən aparılan islahatları qeyd edərək, onun davamını istəyərək, deyirik ki, digər sahələrdə islahatlar davam etdirilməsə, müvəqqəti olacaq. Yenidən cəmiyyətimizdə özünü göstərən problemlər davam edəcək. Ölkədə əsas məsələ bu sahədə, bu problemlərin həlli üçün siyasi-iqtisadi hakimiyyətin ayrılmasına nail olmaq lazımdır”.
Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev də bu layihəni həyata keçirəndə bütün siyasi partiyalar ilə görüşdüklərini bildirib. O, bu tədbirə qatılmadıqları halda öz layihəsini təqdim edən siyasi qüvvələrin də olduğunu deyib.
Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı çıxışında son vaxtlar müxtəlif formatlarda siyasi partiyalarda belə toplantıların keçirildiyini və müxtəlif adlarda yaradılan qurumların sonradan sıradan çıxdığını bildirdi: “Bu, bizi ağrıdır. Biz qeyri-ciddi imic yaradan görüşlərdən imtina edirik. Kimsə dəvət edəndə belə rəy yaranır ki, yəqin özünü müxalifətin lideri kimi təqdim etmək istəyir. Hazırda iqtidar mediasını oxuyuram. Qarabağ məğlubiyyətini müxalifətin, bizim üzərimizə atırlar. Bunu qarşılıqlı ittihama çevirmək olmaz. Təbii ki, bu toplantı ilə bağlı mətbuatda yazılacaq ki, bu, iqtidarın sifarişidir. Kim sifariş verib deyə suallar çıxacaq. Bizim o yaşımız deyil ki, kiminsə sifarişi ilə bir araya gələk. Bir yol cızmışıq. Biz bu dövlərin qurulmasında taleyimizi ortaya qoymuşuq, ilk addımlarında adımız var. Bu dövlətin gələcəyi ilə bağlı məsuliyyətimiz var. Bu yollar axtarışında heç kim bizi ittiham edə bilməz. Gəlməyənləri də ittiham etmək olmaz ki, niyə gəlmədilər. Sayğı və hörmətlə, birlik yolu axtarılmalıdır. Xaricdəki insanlara təsir göstərirlər ki, sən bu sözləri deməsən, burda qala bilməzsən. Bu, Qarabağı bizim əlimizdən alan qüvvələrin bundan sonra da məğlubiyyətə sövq etmək istəməsidir. Belə olan halda müxalifətin bir-birini ittiham etməsi gülüncdür. Bu, milli şüursuzluq əlamətidir. Bir araya gəlinməli, ziddiyyətlər kənara buraxılmalıdır. ”.
Sabir Rüstəmxanlı dedi ki, iqtidarla mədəni dildə danışmaq lazımdır: “Üzeyir Hacıbəyovun da yazdığı kimi, “Aç qapını, gəlim səni öldürüm” ritorikasından əl çəkmək lazımdır. Biz dövlətdən nə istəyirik, bunu müəyyənləşdirmək lazımdır. Bölgədə baş verən proseslərə nəzər salaq. Rusiya bütün separatçı qüvvələri toplayır, onlarla fərdi olaraq görüşlər keçirilir. Buna görə də hamımız vire araya gəlməliyik. Bütün zidiyy\ətləri bir kənara atmalıyıq, qan düşmənləri deyilik. Azərbaycanda 80 min rus dilində təhsil alan şagird var, Rusiyada da 3 milyoin azərbaycanlı yaşayır. Onlar da döndükdən sonra dövlət dilinin aqibəti necə olacaq? Biz hakimiyyətdən bu problemlıərin həllini istəyirik”.
Böyük Quruluş Parttyoyasının (BQP) sədri. Millıət vəkili Fazil Mustafa diqqətə çatdırıb ki, bu cür tədbirlərin təşkil olunmasını iqtidarın sifarişi kimi qələmə verənlər var: “Kaş ki, iqtidarın belə sifarişi olaydı. Amma hələ belə bir sifariş yoxdur. İqidar özü planlaşdırdığı formada isıahatlar aparır və onu dərinləşəcəyini bildirir...”.
Fazil Mustafa əlavə edib ki, bura yığılan insanların qarşısında duran məsuliyyət bu situasiyanı dəyişməkdir: “Azərbaycanın taleyi 5-6 mitinqdən asılı deyil. Azərbaycanın taleyi beynəlxalq situasiyadan asılıdır. Hakimiyyətə çağırış etməliyik ki. yalnız özünə qapanaraq islahatlar keçirməklə bu prosesi irəıli aparmaq olmaz”.
Pənah Hüseyn bildirib ki, tədbirdə 9 partiya sdəri və 12 partiyanın təmsilçiləri iştirak edib.
Elşad Musayev isə deyib ki, işçi qrup yaradılmalıdır: “Burada olan və olmayan siyasi təkilatlarla görüşlər keçirlməlidir”.