“Seçim əsasında Azərbaycan üçün cəlbedici Avropa İttifaqı olacaq” Siyasət

“Seçim əsasında Azərbaycan üçün cəlbedici Avropa İttifaqı olacaq”

Avropa İttifaqı ilə Azərbaycan arasında siyasi və iqtisadi əlaqələr hər keçən gün inkişaf etməkdədir. Məhz Azərbaycanın əsas ticari tərəfdaşı Avropa İttifaqıdır və bu, ölkəmizin xarici ticarət payının 40% təşkil edir. Göründüyü kimi Avropa İttifaqı ilə bu istiqamətdə əməkdaşlıq milli maraqlarımıza cavab verir.
Politoloq Məhəmməd Əsədullazadə “Xalq Cəbhəsi”nə bildirib ki, Avropa İttifaqının prezidenti Donald Tuskun regiona səfəri çərçivəsində Azərbaycana gəlişində ikitərfli əlqələrin inkişafı, xüsusi ilə enerji sahəsində Azərbaycanın İttifaqın enerji diversifikasiyasında verdiyi dəstək və çərçivə sazişinin tezliklə bağlanması müzakirə edilib: “Qeyd edim ki, Avropa İtifaqı Cənubi Qafqaza xüsusi önəm verir və burada Azərbaycana daha da tərəfdaşlıq baxımından strateji diqqət yetririr. Bu gün "Cənubi Qaz dəhllizi" və onun əsas seqmentləri olan TANAP və TAP qaz boru kəməri "Şahdəniz-2" qaz kondensat yatağından Avropaya 2020-ci ildən qaz ixrac edəcək. Avropa həmçinin Mərkəzi Asiyaya açılımı Azərbaycan üzərindən əməkdaşlığı planlayır. Bu gün Avropa İttifaqının Mərkəzi Asiya üzrə qəbul etdiyi proqram Azərbaycan üzərindən Mərkəzi Asiya ilə ciddi əməkdaşlığı nəzərdə tutur. Odur ki, Avropa İttifaqı ilə Azərbaycan əməlkdaşlığı inkişaf etdirməli, gözlənilən Çərçivə Sazişini bağlamalıdır. Qeyd edim ki, il ərzində Çərçivə Sazişi bağlanmaya bilər. Bunun əsasında əməkdaşlığın yeni bazası yaradılacaq və gələn il saziş bağlana bilər. Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünə tam dəstək verməklə, demək olar ki, sabah Azərbaycan ərzilərini bərpası üçün əməliyyatlara başlayraq bizi dəstəkləyəcək”.
Politoloq onu da qeyd edib ki, Avropa İttifaqının Ermənistanla iqtisadi əməkdaşlığı demək olar ki, səmərəli deyil. Bu ölkənin inqilaba rəğmən Rusiyanın buxovundan çıxa bilməməsi, Nikol Paşinyanın apardığı siyasətin səmərə verməməsi artıq Avropa İttifaqının Azərbaycan və Gürcüstana daha da diqqət ayrımasına səbəb olub. Brüssel başa düşdü ki, Ermənistanda baş verən inqilablar heç nəyi dəyişmir və regionda əsas siyasi-iqtisadi və enerji tərəfdaşı Azərbaycan olacaq: “Qeyd edim ki, ABŞ və Rusiyanın regionda artan rəqabəti fonunda Avropa İttifaqının da regiona nüfuz etməsi ölkəmizin manevr imkanını artıracaq və üç mərkəzin dəstəyini almış olacaq. Seçim əsasında Azərbaycan üçün əsas məqbul cəlbedici Avropa İttifaqı olacaq”.