“ABŞ və Çin arasında toqquşan maraqlar kifayət qədər çoxdur”
Gürcüstanda yol qəzasında ikisi qardaş olmaqla, altı azərbaycanlı gənc ölüb
İsrail "Hizbullah"a qarşı yeni zərbələr dalğasına başlayıb
Kaunas: ABŞ hərbçilərinin Avropaya gəlişinin ləğvi müvəqqəti qərardır
DMX: Ötən ay 6680 nəfər Azərbaycanda daimi yaşama icazəsi üçün müraciət edib
14 Avqust 2019 17:27
2 135
ABŞ Ticarət Nazirliyi Ermənistan da daxil olmaqla bir neçə ölkənin özəl qurumlarına sanksiya tətbiq edib.
Ermənistanda fəaliyyət göstərən "Markel" QSC və "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC də sanksiya siyahısına daxil edilib.
"Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC Ticarət Nəzarət Siyahısına daxil olan maddələri ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Departamentinin lisenziyası olmadan əldə edərək ixrac edib. Eyni anda həm "Yerevan Telekommunikasiya Tədqiqat İnstitutu" QSC-nin icraçı direktoru, həm də "Markel" QSC-nin prezidenti olan şəxs sanksiyalar siyahısında olan İran təşkilatı ilə işgüzar münasibətlər qurub", - deyə sənəddə qeyd olunur.
Ümumilikdə, ABŞ Ticarət Nazirliyi "milli təhlükəsizliyə və ya xarici siyasət maraqlarına zidd hərəkət edən" 17 müəssisəyə sanksiya tətbiq edib.
Bu müəssisələr Ermənistan, Belçika, Kanada, Çin, Gürcüstan, Honkonq, Malayziya, Niderland, Rusiya, Birləşmiş Ərəb Əmirlikləri və Böyük Britaniyada yerləşir.
11:42
525
11:36
504
11:22
609