“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
28 Mart 2020 18:18
3 024
Avropa Şurası məruzəçilərinin həqiqəti əks etdirməyən, yalan, böhtan, nifrət dolu, utanc doğuran açıqlaması məndə çox ciddi etiraz və narahatlıq yaratdı. Hesab edirəm ki, bu açıqlama Avropa Şurasının iç üzünü bir daha göstərdi. Bu, həm də Avropa Şurasında gedən proseslərin nə dərəcədə böhran vəziyyətində olmasına dəlalət edir.
Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidov AŞPA məruzəçilərinin Azərbaycanla bağlı verdikləri son açıqlamaya münasibət bildirərkən deyib.
“Məruzəçilərin bu açıqlaması Azərbaycan Prezidenti İlham Əliyevin altıncı çağırış Milli Məclisin ilk iclasının açılışında söylədiyi müstəqil siyasət aparan, öz müqəddəratını həll etmək iqtidarında olan dövlət və xalq həmişə təzyiq altında olur fikrini bir daha təsdiq etdi. Dövlətimizin başçısı bildirdi ki, onun bu nitqindən sonra hansısa beynəlxalq təşkilat yenə də bizə hücum edəcək. Avropa Şurası məruzəçilərinin belə bir açıqlama verməsi cənab Prezidentin dediyi sözləri təsdiq etdi”, - Seyidov bildirib.
Milli Məclisin komitə sədri qeyd edib ki, bu gün Azərbaycanda insan haqları sahəsində çox böyük işlər görülür:
“Ölkəmizdə koronavirusun yayılmasının qarşısının alınması üçün atılan addımlar insan həyatını, Azərbaycan vətəndaşının təhlükəsizliyini qorumaq niyyətini və fəlsəfəsini özündə əks etdirir. Bundan başqa, bu günlərdə ölkəmizdə həbsxanalardan yüzlərlə məhbusun buraxılmasını, bundan sonra da insan haqları ilə bağlı addımların atılacağını nəzərə alsaq görərik ki, nə qədər böyük işlər görülüb. Bunların heç birini görməmək, Azərbaycana qarşı bu dərəcədə nifrət hissi ilə çıxış etmək o deməkdir ki, koronavirusdan başqa sanki bu insanların beynində nifrət virusu da formalaşıb
və bu virus hətta koronavirusdan daha təhlükəlidir. Çünki bəşəriyyət koronavirusun müalicəsini nə vaxtsa tapacaq, ancaq bu insanları nifrət virusundan təmizləmək çox çətin məsələdir. Belə bəyanatlar Avropa Şurası daxilindəki marginal qruplar tərəfindən verilir. Onlar çalışırlar ki, Azərbaycana qarşı hansısa mənfi addımlar atsınlar. Azərbaycan isə belə təxribatçı addımlara gördüyü işlərlə cavab verir. İnanıram ki, bu gün Azərbaycanın gördüyü bu mühüm işlər Avropa ölkələri üçün nümunəvi xarakter daşıyır”.
Səməd Seyidov həmməruzəçilərin bu qərəzli, nifrət dolu açıqlaması ilə əlaqədar Avropa Şurası Parlament Assambleyasının prezidentinə etiraz məktubu yazdığını da diqqətə çatdırıb.
18:46
749
11:24
1 120
1 Noyabr 17:13
1 603