Erməni əsilli məşhur amerikalı musiqiçi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının çağırışına dəstək verib Siyasət

Erməni əsilli məşhur amerikalı musiqiçi Dağlıq Qarabağın Azərbaycanlı İcmasının çağırışına dəstək verib

Erməni əsilli məşhur amerikalı musiqiçi, "System Of A Down" qrupunun solisti Serj Tankian Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının çağırışına qoşulub.
İcmanın üzvü Samir Məmmədov APA-ya açıqlamasında bildirib ki, Serj Tankian onun Avstraliyanın Türkiyə, Azərbaycan və Gürcüstandakı səfirliyini Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə etməyə səslədiyi paylaşımına dəstək verib və bunu öz “Twitter” hesabında paylaşıb.
Qeyd edək ki, bir qədər əvvəl Avstraliyanın Türkiyədəki səfiri Mark İnnes-Braun ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini, Dağlıq Qarabağda keçirilən "seçkilər"i tanımadığını artıq bəyan edib.
Avstraliyanın Türkiyədəki səfiri eyni zamanda Azərbaycana və Gürcüstana akkreditə olunub.