“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
17 İyul 2020 19:11
2 604
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının və Komitənin regional orqanlarının işçilərinin say həddi artırılıb.
Bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi işçilərinin say həddinin müəyyən olunması və Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 20 iyul tarixli 544 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 noyabr tarixli 376 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında imzaladığı fərmanda öz əksini tapıb.
Fərmanla Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi aparatının işçilərinin say həddi 88 ştat vahidi, Komitənin regional orqanlarının işçilərinin say həddi 91 ştat vahidi müəyyən edilib.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədrinin müavinlərinin sayı da artırılıb, komitəsinin sədrinin Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan və vəzifədən azad edilən müavinlərinin sayı 4 olub.
19 Mart 19:34
1 309
19 Mart 19:08
1 232
19 Mart 19:08
1 197