ÜST: Koronavirusun yeni "PJ.2.1" ştamının yayılma riski artır
31 Oktyabr 15:21
31 Oktyabr 15:21
31 Oktyabr 15:11
31 Oktyabr 13:01
17 İyul 2020 19:17
2 674
Azərbaycan respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov ilə Gürcüstanın Xarici İşlər naziri David Zalkaliani arasında telefon danışığı baş tutub.
Xarici İşlər Nazirliyindən (XİN) verilən məlumata görə, nazir Ceyhun Bayramov Gürcüstandan olan həmkarının təbriklərini qəbul edib.
Tərəflər Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Gürcü həmkarını Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi və bu cəhdin qarşısının alınması, eləcə də bölgədə hələ də davam edən gərgin vəziyyət barədə məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunmasının vacibliyini qeyd edib.
31 Oktyabr 16:27
819
31 Oktyabr 16:02
826
31 Oktyabr 13:46
917