İcma: Münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır - BƏYANAT Siyasət
- 29 İyul 2020 17:10
- 2 310
Ermənistanın müxtəlif bəhanələr altında münaqişənin mahiyyətini təhrif edən və işğalın nəticələrinin möhkəmlənməsinə hesablanmış cəhdlərini qətiyyətlə pisləyirik.
Bu barədə Azərbaycanın Dağlıq bölgəsinin azərbaycanlı icmasının yaydığı bəyanatda bildirilib.
“Belə ki, Ermənistanın əlaltısı olan qondarma rejim danışıqların formatı ilə bağlı cəfəng iddialarından əl çəkməyərək özünü yenidən “münaqişə tərəfi” kimi təqdim etməyə çalışıb.
Dəfələrlə qeyd etdiyimiz kimi, münaqişənin həlli üçün aparılan danışıqların formatı ATƏT-in müvafiq qərarları, o cümlədən 1992-ci il Helsinki Yekun Görüşü zamanı qəbul olunmuş sənədlərdə təsbit olunub. Bir daha bəyan edirik ki, bütün dünyanın qəbul etdiyi kimi, münaqişə tərəfləri təcavüzkar Ermənistan və təcavüzə məruz qalmış Azərbaycandır. Ona görə də, qondarma qurumun öz aləmində hansısa “bəyanat” verməsi, onun “mətninin” üzərində çap edildiyi kağız parçasından da dəyərsizdir.
O ki qaldı 1994-cü il atəşkəs məsələsinə, Ermənistan ondan ərazilərimizin işğalının möhkəmləndirilməsi üçün istifadə edib. Bu dövr ərzində Ermənistan münaqişənin həll olunmasının hər vəchlə qarşısını almış, işğal etdiyi ərazilərimizdə qanunsuz fəaliyyətlə məşğul olub, o cümlədən qanunsuz məskunlaşdırma aparıb.
Ermənistanın dəfələrlə danışıqlar formatını dəyişdirmək cəhdi beynəlxalq ictimaiyyət, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfindən rədd edilərək qətiyyətlə pislənib. Lakin, cəzasızlıqdan azğınlaşmış Ermənistan rəhbərliyi bu mövqeyindən əl çəkməyib və ilhaq siyasətinə xidmət edən addımları ilə kövrək sülh prosesinə zərbələr endirməkdə davam edib. 12 iyul 2020-ci il tarixində biz bunun bir daha şahidi olduq.
Aydındır ki, münaqişənin sülh yolu ilə tənzimlənməsində Ermənistan maraqlı deyil. Lakin, Ermənistan bilməlidir ki, onun torpaqlarımızı işğal altında saxlaması uzun sürməyəcək. Biz istənilən halda öz dədə-baba yurdlarımıza geri dönərək, orada yaşayışımızı tam bərpa edəcəyik”, - deyə bəyanatda qeyd olunub.
-
Nazim Bəydəmirlinin həbs müddəti uzadıldı
-
Tayfur Əliyev Avropa çempionatında köhnə çəkisinə qayıdacaq
-
Bu halda ipotekaya xitam veriləcək
-
Yunanıstanda 6 bal gücündə zəlzələ olub
-
Bu şəxslərin maaşı ARTIRILIR
-
“Milli Məclisin xüsusi iclası çağırılsın” - Qüdrət Həsənquliyev
-
“Belə vəziyyətdə də uşaqlar kriminal aləmə yönəlirlər”
-
Narazı urmulu müəllim barədə həbs qərarı çıxarıldı
-
“Vəsaiti olmayan bələdiyyə necə fəaliyyət göstərə bilər?”
-
Kukla Teatrı aprel repertuarını açıqlayıb
-
Təbriz şəhəri stadiumunda qadın azarkeşlərin iştirakına icazə verildi
-
Sara Təbrizi şübhəli şəkildə ölüb
-
Sabah 18 dərəcə isti olacaq
-
Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər
-
“Yerli özünü idarəetməni inkişaf etdirməsək bir çox problemləri həll edə bilməyəcəyik” - Qüdrət Həsənquliyev
-
Ermənistanda Solovyova qadağa
-
Rusiya və Qərbin əməkdaşlıq edəcəyi sahə qalmayıb - Lavrov
-
Moskvada terrorda xəsarət alanların sayı 382 nəfərə çatıb
-
Elektroenergetika və bərpa olunan enerji sahəsində Texniki Komitə yaradıldı
-
İctimai-iaşə obyektlərinin sahiblərinə ÇAĞIRIŞ
-
Bayram günlərində Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarlar hər gün hərəkətdə olacaq
-
Portuqaliya, İspaniya ilə bir qrupda olmaq istəməzdik - Yığmamızın baş məşqçisi
-
Xəzər dənizində üçüncü ölkələrin hərbi iştirakı regionun maraqlarına ziddir - İran XİN
-
“Terrorun əsas mənbəyi çirkli pullardır”
-
Şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq
-
“Onlar özlərinin iyrənc hisslərini düşünürlər”
-
“Bir ölkə vətəndaşın təhlükəsizliyini təmin edə bilmirsə...”
-
Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir
-
“İki ölkə parlamentinin sülh prosesinə hansə formada dəstək verəcəyi kimi məsələlər müzakirə edilib”
-
Paşinyan ABŞ və Aİ-yə ümid bəsləyir
-
Zərşuran kəndinin əhalisi aksiya keçirib
-
Azərbaycanda bu maşınlar kəskin ucuzlaşdı - Satmaq istəyənlər isə 3 dəfə artdı
-
XX əsrdə xalqımız nə qədər böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu - Vüqar Rəhimzadə
-
Milli Məclisin iclası başlayıb
-
Rusiya daha 820 hərbçisini itirib
-
Bakıda üç evdən oğurluq edən keçmiş məhkum tutuldu
-
Azərbaycanın 2023-cü il üzrə ödəniş balansının cari əməliyyat hesabının profisiti açıqlanıb
-
Serbiya Azərbaycan-Aİ "yaşıl" dəhlizinin yaradılması təşəbbüsünü diqqətlə izləyir
-
Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yaydı
-
Aktotı Raimkulova “Anev – 2024 Türk Dünyasının Mədəniyyət Paytaxtı”ilinin açılış mərasimində iştirak edib
-
Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə Komissiyanın növbəti iclası keçirilib
-
Xankəndidə silah-sursat aşkarlandı
-
Sabirabadda maşın at arabası ilə toqquşdu - Yaralılar var
-
Hər zaman doğma yurduma qayıtmağı səbirsizliklə gözləmişəm - Natiq Qasımov
-
Torpağımıza geri döndüyümüz üçün çox sevinirik - Füzuli sakini
-
10 yaşımda çıxdığım Füzuliyə indi geri dönürəm - Gülnarə Talıbova
-
"Qarabağ" bu gün çempionluğu rəsmiləşdirə bilər
-
Zaxarova Avropa Şurasına ikiüzlü deyib
-
Xırdalanda 12 ədəd qumbara aşkarlanıb - VİDEO
-
Gürcüstan demoqrafik fəlakət astanasındadır
-
Bu günə olan valyuta məzənnələri
-
Ukrayna Belqorodı atəşə tutub
-
Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb - DİN
-
İsrail ABŞ-dan tələb etdiyi bütün silahları almadı
-
Buraxılış imtahanlarının cavabları nə zaman açıqlanacaq?
-
"Heç vaxt ABŞ-ın arxasınca qaçmamışıq"
-
Ucarda məktəb binasında yanğın
-
Azərbaycan nefti bahalaşdı
-
Rusiya ABŞ-la dialoqa hazırdır
-
Şirvanda narkokuryer saxlanılıb