“Aprel döyüşlərində 20-dən artıq mövqe Azərbaycanın nəzarəti altında qalıb” Siyasət

“Aprel döyüşlərində 20-dən artıq mövqe Azərbaycanın nəzarəti altında qalıb”

“Aprel döyüşlərində 20-dən artıq mövqe Azərbaycanın nəzarəti altında qalıb”.
Bunu Ermənistan parlamentinin “Mənim addımım” fraksiyasının deputatı, Aprel döyüşlərini araşdıran istintaq komissiyasının sədri Andranik Köçəryan Ermənistanın “Azadlıq Radiosu”na açıqlamasında bildirib.

Köçəryan qeyd edib ki, Ermənistanın sabiq prezidenti Serj Sarkisyan sabiq Müdafiə naziri Seyran Ohanyanın Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı əsasında Aprel hadisələrinin araşdırıldığı göstərişi ya oxumayıb, ya da diqqətlə oxumayıb.
Andranik Köçəryanın sözlərinə görə, hakimiyyət dəyişikliyi olmasaydı, ordunun çatışmazlıqlarının hansı səviyyədə olduğunu başa düşmək üçün heç kim bu olduqca gizli sənədi oxumayacaqdı.