25 İyul 17:20
24 Avqust 2020 16:48
4 186
Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın Prezidenti Salome Zurabişviliyə başsağlığı ünvanlayıb.
Başsağlığında deyilir: “Hörmətli xanım Prezident,
Ölkənizin Duşeti bələdiyyəsi ərazisində avtobusun qəzaya uğraması nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması xəbəri bizi olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost Gürcüstan xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.
25 İyul 15:36
854
25 İyul 14:04
917
24 İyul 21:05
1 064