Sahibə Qafarova Türkiyənin Azərbaycana dəstək verən partiyalarına təşəkkür edib Siyasət
- 29 Sentyabr 2020 15:12
- 1 463
Azərbaycan Milli Məclisinin Sədri Sahibə Qafarova Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentopa məktub ünvanlayıb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, məktubda Türkiyə Böyük Millət Məclisində təmsil olunan siyasi partiyalar – Ədalət və İnkişaf Partiyası, Cümhuriyyət Xalq Partiyası, Milliyətçi Hərəkat Partiyası və İYİ Partiya tərəfindən 28 sentyabr 2020-ci il tarixində qəbul olunan və Ermənistanın törətdiyi növbəti təcavüz aktının və təxribatınkəskin şəkildə qınandığı Birgə Bəyanatın Azərbaycanda böyük rəğbətlə qarşılandığı bildirilir.
Milli Məclisin Sədri partiyaların qətiyyətli və ədalətli mövqe ortaya qoyduqları üçün öz adından və Azərbaycan Respublikası Milli Məclisin bütün üzvləri adından minnətdarlığını ifadə edib. Məktubda bildirilir ki, Azərbaycan hazırda beynəlxalq hüququn onaverdiyi haqdan istifadə edərək Ermənistanın işğalı altında qalan torpaqlarını azad etmək üçün savaşır: "Biz sülhsevər dövlət olaraq son 30 ildə münaqişənin danışıqlar masası ətrafında, dinc yolla həlli üçün səbrlə gözlədik. Münaqişənin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi prinsipi əsasında həllinə dair BMT və ATƏT başda olmaqla çoxsaylı beynəlxalq təşkilatların qərar və qətnamələrinin icra edilməsini tələb etdik. Lakin 30 il ərzində nə bu qərarlar Ermənistan tərəfindən icra edildi, nə də beynəlxalq ictimaiyyət Ermənistana bu qərarları icra etməsi üçün təzyiq göstərdi. Bu isə son nəticədə cəzasız qalan Ermənistanın yenidən Azərbaycana hücum etməsi və yeni torpaqlar işğal etmək cəhdi ilə yekunlaşdı. Lakin Azərbaycanın şanlı ordusunun qətiyyəti ermənilərin bu cəhdini artıq boşa çıxarıb. Əminik ki, şanlı ordumuz bu qətiyyəti ilə ən qısa müddətdə torpaqlarımızı tam şəkildə azad edəcək və Azərbaycanın ərazi bütövlüyünü təmin olunacaq".
Məktubda qeyd olunub ki, bu bəyanat bir daha Azərbaycan və Türkiyənin milli xarakter daşıyan bütün məsələlərdə hər zaman bir-birinin yanında olduğunu göstərib.
-
Urmu gölü yenidən quruyacaq - Ekoloq
-
Sabah 32 dərəcə isti olacaq
-
Prezident İlham Əliyev iki nazir müavini təyin etdi
-
Yanğından mühafizə fəaliyyəti üzrə çalışan bəzi müəssisələrin lisenziyaları ləğv olundu
-
Göygöldə orta məktəbdə fövqəladə hadisələrlə bağlı məşq keçirilib
-
ARDNF-in səhm portfelinin dəyəri 12,5 mlrd. dollara çatıb
-
Babək rayonunun icra başçısı vəzifəsindən azad edildi - YENİ TƏYİNAT
-
“15-ci Petersberq İqlim Dialoqu” Azərbaycanı dəstəkləyir - Deputat
-
Prezident İlham Əliyev “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik etdi
-
Ermənistanda etirazçılar İrəvan - Armavir yolunu bağladı
-
"Air Astana" Bakıya reyslərin sayını artırıb
-
Xarici ticarət dövriyyəsi niyə azalır?
-
Bakıda keçiriləcək beynəlxalq tədbirdə 700 qonaq iştirak edəcək
-
DİM mayın 5-də imtahanlar keçirəcək
-
Aktivləşən “Böyük Oyun”un ən təhlükəsiz seçimi - Azərbaycanın Mərkəzi Asiyada əhəmiyyəti artır
-
İsveçdə yenidən Qurani-Kərim yandırıldı - VİDEO
-
Bu gün Beynəlxalq Rəqs Günüdür
-
Görkəmli kinorejissor Əjdər İbrahimovun anadan olmasından 105 il ötür
-
Şiddətə məruz qalmış qadınlar mərkəzi bağlanıldı
-
Xalq artisti Ramiz Quliyevlə görüş keçiriləcək
-
Azərbaycanlı müəllim azadlıqda
-
Bakıda iki motosiklet oğurlandı
-
Qərb bankları ötən il Rusiyaya 800 milyon avro vergi ödəyib
-
Berlin Bakının dəyərini anladı. Bəs Brüssel?
-
Prezident İlham Əliyev Malayziyanın Parlament Senatının prezidentini qəbul edib
-
Bakıda xidmətçi qadın mənzildən 60 min manatlıq qızıl oğurladı
-
Şəhidlərimizin xatirəsinə növbəti Quran ziyafəti təşkil olunub
-
Rusiya və Qərbə “heç-heçə” təklif edildi - Ukrayna müharibəsi bitir?
-
Qətldə şübhəli bilinən şəxs ürəktutmadan öldü
-
Bakıda bu evlər BAHALAŞDI
-
Bakıda 86 dayanacaq pavilyonu quraşdırılacaq
-
“Zirə” “Araz-Naxçıvan”a qarşı
-
Bu il Kəlbəcərdə daha 4 SES istismara veriləcək - VİDEO
-
İtaliyanın baş naziri Avropa Parlamentinə seçkilərdə namizəd olacaq
-
ABŞ-la Ukraynaya 10 il dəstək verilməsi ilə bağlı danışıqlar aparılır
-
Rəsmi Tehran nazirini Bakıya göndərir
-
Tbilisidə keçirilən mitinqdə 110 minə yaxın insan iştirak edib
-
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib
-
Rusiyada iki polis həlak olub
-
Ukrayna qüvvələrinin 300-ə yaxın PUA-sı məhv edilib
-
ABŞ prezidentliyinə namizəd Fələstinə dəstək aksiyasında saxlanılıb
-
Azərbaycan Ordusunda “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib - VİDEO
-
Dövlət Komissiyası: Təəssüf ki, aşkar etdiyimiz meyit qalıqlarının hamısı tələblərə cavab vermir
-
Dünya bazarlarında neft ucuzlaşıb
-
PashaPay - fintex dünyasında iki illik innovasiya
-
Əmtəə bazarlarında qızıl ucuzlaşıb, gümüş isə bahalaşıb
-
Nyu-York birjasında təbii qazın qiyməti 15%-dək azalıb
-
Azərbaycan COP29-da yeni Şimal-Cənub maliyyə mexanizmi yaratmağı təklif edəcək
-
“Qarabağ” üçün 4 çempion
-
Cinayət törətməkdə şübhəli bilinən 120 nəfər saxlanılıb - DİN
-
Rusiyada polislərə hücum - Ölənlər var
-
Blinken Səudiyyə Ərəbistanına səfərə gəlib
-
Bu günə olan valyuta məzənnələri
-
İranda 29 həkim saxta spirtli içkidən zəhərlənib
-
Bakıda mənzildə meyit tapıldı
-
Xırdalanda 50 yaşlı kişi arvadını qətlə yetirdi
-
Rusiyanın itkiləri yeniləndi
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
Göygöldə restoran yanıb
-
Yardımlıda mal-qara oğruları saxlanılıb