29 Avqust 11:17
28 Avqust 14:41
Ukrayna Ordusu Rusiyada hərbi aerodroma və neft emalı zavoduna zərbə endirib
Gürcüstan-Moskva marşrut avtobusu qəzaya uğrayıb, 5 nəfər ölüb, 38 nəfər xəsarət alıb
Ararat Mirzoyan erməni diplomatlarla birgə Ermənistan-Türkiyə sərhəd-keçid məntəqəsinə baş çəkib
FHN gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
"Tarixlə tarixçi alimlər məşğul olmalıdır"-Qüdrət Həsənquliyev
29 Aprel 2024 11:23
7 280
Qərbi Azərbaycan Əyaləti Urmu şhərinin “Mehr Şəms Afərid” şiddətə məruz qalmış qadın və qızlar üçün sığənma evi və müdafiə mərkəzi bağlanılıb.
Gunaz.tv
Bu barədə mərkəzin müdiri Fatimə Babaxani aprelin 26-i “X” sosial şəbəkəsində bildirib.
“Şiddətə məruz qalmış qadınlar üçün kiçik mərkəz və canımızdan daha əziz sığınacaq yerimiz qeyri-dövlət Mehr Şəms Afərid Sığınma Evi ən pis şəkildə bağlanıldı” Babaxani yazıb.
O, hakimiyyət tərəfindən mərkəzin bağlanılması və metoduna etirazını bildirib.
“Sığınacağa sanki qoşun yeridilmişdir. Şəhərin rəsmiləri, müdirləri və mühafizə xidməti sığınacağa töküldürlər və bu hərəkətlərini qanuni icazə və rəsmi bildiriş olmadan etdilər.
Onlar mərkəzə sığınmış qadınları Sosial Yardım Təşkilatına məxsus avtomobilə həmin təşkilata apardılar”.
Xatırladaq ki, Fatimə Babaxani bir gün öncə mərkəzin bağlanılması etimalını irəli sürmüşdür.
O, Şərq teelviziyası ilə müsahibəsində bir gün əvvəl Qərbi Azərbaycan Əyaləti Səhiyyə Təşkilatının rəsmilərindən 8-9 nəfərin mərkəzə gəlib təftiş apardıqlarını demişdir.
“Mehr Şəms Afərid” Sığınma Evi qanuni lisenziya almaqla 2020-ci ildə Fatimə Babaxaninin müdiriyyəti ilə fəlaiyyətə başlayıb. Mərkəz evdə şiddətə məruz qalmış qadınları himayə edərək onları hüquqi, peşə və müalicə xidmətləri ilə təmin edib.
28 Avqust 10:48
1 771
25 Avqust 11:15
2 919
25 Avqust 11:13
2 800