“Revanşist düşüncə ilə anlayacağı dildə danışılmalıdır”-Əli Zülfüqaroğlu
Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
Misir və Səudiyyə Ərəbistanı Hörmüz boğazında gəmiçilik azadlığını dəstəkləyib
Türk dünyasında media və informasiya təhlükəsizliyi müzakirə edilib – VİDEO
Tehran: ABŞ-nin addımları İranın nüvə doktrinasını dəyişməsinə bəraət qazandırır
8 Oktyabr 2020 11:12
1 953
Türkiyədə fəaliyyət göstərən iş adamları birlikləri işğalçı Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hücuma keçməsini şiddətlə qınayıblar.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyi (TAİB) rəhbərinin müavini Mikayıl Yusifov, Xarici İqtisadi Əlaqələr Komitəsi (DEİK)-Azərbaycan İşgüzar Şurasının sədri Səlçuk Akat, Müstəqil Sənayeçi və İşgüzar Adamlar Dərnəyinin (MUSİAD) Azərbaycan şöbəsinin rəhbəri Əbdurrəhman Uzun, Bütün Sənayeçi və İşgüzar Adamlar Dərnəyinin (TÜMSİAD) Xarici Əlaqələr üzrə rəhbərinin vəkili Tolga Tunç, İqtisadi və Ticarət Dərnəyi (ETD) Azərbaycan İqtisadiyyat Ticarət Şurasının sədri Serdar Kurt, Anadolu Aslanları İş Adamları Dərnəyinin (ASKON) rəhbərinin müavini və xarici əlaqələr komitəsinin sədri Mehmet Bilici və Dünya Türkiyyat Şurası Dərnəyinin rəhbəri Osman Büyükkayanın imzası ilə yayılan açıqlamada bildirilib ki, beynəlxalq hüquqa uyğun olaraq özünümüdafiə hüququ çərçivəsində xalqını və Vətənini qorumaq məqsədilə göstərdiyi səylər qarşısında bütün güc və imkanları ilə Azərbaycanı dəstəkləyirlər: "Ermənistan Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarını uzun illərdir işğal altında saxlayır. Ermənistan səhv yoldadır. Bölgədəki humanitar faciələrin qarşısını almaq üçün işğalçı Ermənistanın Azərbaycanın doğma yurdu olan bu torpaqlardan qeyd-şərtsiz çəkilməsinin vacibliyini vurğulayırıq".
18:20
245
17:13
651
17:13
651