Rubio "G7" görüşünün əsas mövzularını açıqlayıb
9 Noyabr 12:40
9 Noyabr 12:40
9 Noyabr 12:24
Şoyqu: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması öz nəticəsini verir
Özgür Özəl Prezident İlham Əliyevə zəng edib, Zəfər Günü ilə bağlı təbrikini çatdırıb
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
Milli Gənc Tamaşaçılar Teatrında Zəfər Gününə həsr olunmuş “Balaca kişilər” tamaşası nümayiş olunub
26 Noyabr 2020 12:15
2 324
“Biz Fransaya qarşı çox sərt bəyanat qəbul etməliyik. Əlbəttə biz Fransaya qarşı müharibə elan edəsi deyilik, ancaq hökumətlərarası münasibətlərə yenidən baxmalıyıq”.
APA-nın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı deyib.
Deputat bildirib ki, senatın qətnaməsində qərəzli maddələrlə doludur: “Qətnamədə xüsusi vurğulanıb ki, erməni mədəni irsi Fransanın da həmsədri olduğu ATƏT-in Minsk Qrupu tərəfindən qorunmalıdır. Bildirmək istəyirəm ki, erməni mədəni irsinin heç bir nümunəsi məhv edilməyib. Ancaq Azərbaycanın mədəni irsi ermənilər tərəfindən məhv edilib. Prezident İlham Əliyev də Fransa Prezidenti Makronla danışanda bu məsələni xüsusilə diqqətə çatdırıb. Qətnamədə Gəncə əvəzinə Kirovabad yazılması da bir daha Azərbaycana qarşı onların necə qərəzli olmasını göstərir. Bu qətnaməyə səs verən senatorların sayı da Fransa cəmiyyətinin bizə qarşı olan münasibətinin bariz nümunəsidir”.
9 Noyabr 16:38
1 001
9 Noyabr 16:33
952
9 Noyabr 11:55
1 036