Ukrayna Penzada hərbi müəssisəyə dron zərbəsi endirib, güclü yanğın baş verib
Bu gündən sığortaolunanların sığortaçıda uçotu yalnız FİN əsasında aparılacaq
Mark Rutte: ABŞ İrana qarşı hərbi əməliyyatda Avropadakı bazalardan 4-5 min uçuş həyata keçirib
Azərbaycan BMT-nin UNECE Komitəsinin rəhbərliyində təmsil olunacaq
Leyla Əliyeva Şəki şəhərindəki Məhəmməd Füzuli adına parkda görülən işlərlə tanış olub
1 Dekabr 2020 11:02
2 261
Laçının azad olunması ilə 90-cı illərdə yaranmış hərbi-siyasi vəziyyət ortadan qalxdı və Müzəffər Ordumuz BMT qətnamələrinin hamısı yerinə yetirərək, dünyada sülhə və təhlükəsizliyə cavabdehlik daşıyan ən böyük qurumu 27 illik qınaqdan və nüfuz itkisindən xilas etdi. Artıq həmin sənədlər yalnız tarix üçün əhəmiyyət daşıyır. Siyasi təqvimdə 1 dekabr günü eyni zamanda, Ali Baş Komandan İlham Əliyevin fədakar millətimiz və şanlı Silahlı Qüvvələrimizlə birgə təkcə hərbi deyil, eləcə də diplomatik-siyasi gücü, imzasının hökmü ilə torpaqlarımızı təcavüzkarlardan təmizləməyə qadir olduğunu beynəlxalq ictimaiyyətə göstərdi.
10 noyabr sazişinin işləməsi, dövlətimizin hesabına regionda formalaşan yeni geopolitik, eləcə təhlükəsizlik atmosferi Qafqazda yeni arxitektura qurmağa imkan verəcək.
İndi sürətli bir şəkildə Qarabağda erməni silahlı qüvvələrinin bölgədən çıxarılması, Rusiya sülhyaradıcı qüvvələrinin nəzarəti altında olan ərazilərin ölkəmizin suveren haqları altına qaytarılması, qardaş Türkiyənin iştirakı ilə regionun gələcəyinə dair yeni strateji planların icrası mərhələsinə başlamaq gərəkdir.
Onu da qeyd edək ki, “Laçın dəhlizi''nin təklükəsiz çalışması bizim dövlət strukturlarının zəmanəti altında olduğu üçün Qarabağda qanunsuz separatçı strkuturun hər hansı qalıqlarını qoruyub saxlamaq mümkün olmayacaq. Digər tərəfdən, elə bu gündən başlayaraq, Naxçıvanla kommunikasiyaya dair birgə bəyanatda nəzərdə tutulan öhdəliyin yerinə yetirilməsinə başlanılması Qarabağla cəmi bir yolla əlaqə dəhlizinin təhlükəsiz çalışmasında ən mühüm faktorlardan biri olacaqdır. Yəni, dəhlizlər coğrafi olmasa da, siyasi və ictimai işləklik baxımından bir-birindən ayrılmaz şəkildə bağlıdır.
Qarşıdakı yaxın dövrdə Ermənistan Türkiyə və Azərbaycanın ərazi bütüövlüyünü tanıyaraq, bütün tarixi iddialarından geri durduğunu bəyan edərsə, eləcə də əsrlərlə yürüdülən mifik ictimai-siyasi, həmçinin ideoloji kursun ağır mirasından imtina edərsə, o halda bölgədə daha geniş arealda kommunikasiyaların açılması mümkün ola bilər.
Əks halda Ermənistanın regional missiyasını revanşizmdə, yaxud hərb partiyası adı altında şərti bir qüvvənin hazırki rejimi devirməsi hesabına formalaşacaq yeni hakimiyyətin ənənəvi xəttə qayıdışı baş verərsə, onda 3-cü müharibə artıq Qarabağ ətrafında deyil, ''ermənisiz Qafqaz'' hədəfi və yekunu uğrunda gedəcək!
30 İyun 17:22
2 513
30 İyun 17:10
2 548
30 İyun 16:32
2 604