Qrossi ABŞ-ın nüvə sınaqlarını əsas problem adlandırıb
14 Noyabr 16:16
14 Noyabr 16:16
14 Noyabr 14:16
13 Yanvar 2021 11:21
1 505
Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi regionda ticari, ictimai və diplomatik əlaqələri yenidən başlatmaq ümidlərini artırıb.
Trend-in məlumatına görə, bu barədə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun “Euractiv” nəşrində dərc olunan “Cənubi Qafqaz Stabillik Paktı” adlı məqaləsində deyilir.
Məqalədə deyilir ki, 1990-cı illərin sonunda 3+3+2 formatında (Azərbaycan, Gürcüstan, Ermənistan + Rusiya, İran, Türkiyə + ABŞ, Aİ) pakt və bu pakta iqtisadi əməkdaşlıq və demokratik islahatlarla yanaşı, təhlükəsizlik və münaqişələrin həllii məsələlərinin daxil edilməsi barədə təkliflər səsləndirilirdi.
Müəllif qeyd edib ki, Cənubi Qafqazda sülh, təhlükəsizlik və sabitlik barədə paktın imzalanması ilə bağlı mövcud konsensusa baxmayaraq, həmin dövrdə bunun qarşısını alan ciddi amil var idi: təəssüf ki, Ermənistan-Azərbaycan münaqişəsinin tənzimlənməsində tərəflər nailiyyət əldə edə bilmədi. Azərbaycan üçün öz ərazilərinin 20 faizinin işğal altında olduğu müddətdə Ermənistanla hər hansı bir münasibət qurmaq qəbuledilməz idi.
Bu kontekstdə müəllif vurğulayır ki, 2020-ci il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli bəyanatı Azərbaycan ərazilərinin işğalına son qoydu və beləliklə keçmiş regional liderlərin bu sülh təşəbbüslərini reallaşdırmaq üçün bir fürsət pəncərəsi açdı.
V.Hüseynov əlavə edib ki, bu münaqişənin həlli və regionda bütün nəqliyyat və kommunikasiya əlaqələrinin açılışına çağırış yuxarıda qeyd olunan imkanların reallaşdırılması baxımından unikal addımdır:
"Ermənistanda müharibədən sonrakı dövrdə revanşist əhval-ruhiyyə hökm sürsə də Ermənistanın iqtisadi layihələrdə iştirakını istisna etməyən siyasətçilər də var".
09:36
322
14 Noyabr 18:22
1 316
14 Noyabr 17:52
1 281