İƏT minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana çağırış edə bilər Siyasət

İƏT minalanmış ərazilərin xəritəsinin verilməsi üçün Ermənistana çağırış edə bilər

“İşğaldan azad olunmuş ərazilər minalanıb, bu, bərpa prosesi və insanların qayıdışı üçün ən ciddi problem olacaq”.

Bunu bu gün Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələrinin Gəncə və Ağdama səfərin yekunları ilə bağlı mətbuat konfransında Türkiyənin İƏT-dəki daimi nümayəndəsi Mehmet Metin Eker bildirib.

Mehmet Metin Eker deyib ki, Ermənistan hələ də minalanmış ərazilərin xəritəsini verməyib: “İƏT bu yöndə bir çağırış edə bilər, bununla bağlı səfərin yekunları ilə bağlı hesabatın hazırlanması zamanı müzakirə aparacağıq. Ermənistana beynəlxalq təzyiqlər artırılaraq, bu xəritələrin verilməsinə nail oluna bilər. Ermənilər xəritələri verməsələr belə, minalanmış ərazilərin təmizlənməsi vacibdir. Biz bu məsələni gündəmdə saxlayacağıq”.