Moskvanın Qarabağ narahatçılığı Siyasət

Moskvanın Qarabağ narahatçılığı

Rusiya Humanitar Universitetinin dosenti, tanınmış politoloq və münaqişələr üzrə təhlilçi Sergey Markedonov Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərindən danışıb.
ANS PRESS-in məlumatına görə, o, Novqorod şəhərində Beynəlxalq və Regional Siyasət Mərkəzinin təşkil etdiyi tədbirdə deyib ki, Ukraynada baş verən hadisələr post-sovet məkanında mövcud münaqişələrə bu və ya digər şəkildə təsir göstərir, hadisələrin Denstrayanı münaqişəyə təsiri danılmazdır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmaması isə böyük narahatlq doğurur.
S.Markedonov bildirib ki, Qarabağ münaqişəsinin həlli səyləri çərçivəsində yeniləşdirilmiş Madrid prinsiplərinə dair konsensus və müxtəlif yanaşmalar var idi: "Rusiya və Qərb arasında bu gün mövcud qarşıdurmaya görə ATƏT diplomatlarının Minsk qrupu formatından kənarda baş verənlərdən özlərini təcrid etməsi çox çətin olacaq. Münaqişədə vasitəçilik edən tərəflərin müvqelərində qeyri-müəyyənlik risklərin artmasına gətirib çıxarır. Buna 1994-cü ildə mayın 12-də atəşkəsin tətbiq edilməsindən sonra onun ən ciddi şəkildə pozulması dəlalət edir."