“Azərbaycan strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir”-Adil Əliyev Siyasət

“Azərbaycan strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir”-Adil Əliyev

“Tarix dünənin siyasəti, siyasət isə bu gününtarixidir. Siyasəti tarixi ənənələri özündə əks etdirən və müasir reallıqlara adekvat cavabverən dövlətlər intibah və yüksəlişə nail olur, beynəlxalq arenada layiqli mövqe tuturlar. Eynilə öz strateji kursunun nəticələri ilə mütərəqqi və cəlbedici nümunə yaradanAzərbaycan təcrübəsində olduğu kimi”. Milli Məclisin mətbuat xidmətindən xalqcəbhəsi.az-a verilən məlumata görə, bu fikirləri Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev məqaləsində qeyd edib. A.Əliyev bildirib ki, bir əsrdə iki dəfə müstəqillik qazanan Azərbaycan tarixin XXI yüzillik səhifəsinə öz adını qalib və güclü dövlət kimi yazmağa müvəffəq olub: “Heç bir güc mərkəzindən asılı olmamaq, müstəqil siyasət həyata keçirmək, Cənubi Qafqaz regionunda lider dövlətə çevrilmək və olduqca mürəkkəb beynəlxalq münasibətlər şəraitində hərbi-strateji, diplomatik-siyasi imkanlarından istifadə edərək ərazi bütövlüyünün bərpasına nail olmaq, sözün əsl mənasında, tarix yazan və tarixin yazdığı fenomenal hadisədir”.

Onun fikrincə, bu gün respublikamız ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə mövcud reallıqlar fonunda öz strateji hədəflərini ardıcıl olaraq gerçəkləşdirir: “Yeri gəlmişkən, Müzəffər Ali Baş Komandan İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsində ifadə etdiyi fikirlər bu kontekstdə çox mühüm məsələlərin üzərinə işıq salır.

Azərbaycan Prezidenti bəhs olunanmüsahibəsində strateji əhəmiyyətə malik olançox önəmli məsələlərə toxundu, yeni reallıqlar fonunda qalib dövlətimizin qətiyyətli mövqeyininövbəti dəfə əminliklə bəyan etdi. Azərbaycan Prezidenti, xüsusilə də, həm 30 ilə yaxın davamedən işğal faktı, həm 44 günlük Vətən müharibəsi zamanı baş verən proseslər – cərəyan edən hadisələr, həm də postkonfliktmərhələsində regional təhlükəsizlik və əməkdaşlıq imkanları ilə əlaqədar vacibnüansları geniş beynəlxalq ictimaiyyətin – yerlivə xarici auditoriyanın diqqətinə çatdırdı. Əlbəttə, bu, ilk növbədə, dövlətimizin başçısının müəyyənləşdirdiyi hücum diplomatiyasının tərkib hissəsi olan milli və qlobal məzmunlu informasiya strategiyasının ardıcıl olaraqreallaşdırılması baxımından çox önəmlidir. Bu, Azərbaycan dövlətinin informasiya-təbliğat fəaliyyətinin mühüm bir istiqaməti kimi, heçşübhəsiz, ölkəmizin qlobal informasiyaplatformasında mövqeyininmöhkəmləndirilməsi, ermənilərin dezinformasiya siyasətinin və qara piarkampaniyasının iflasa uğradılması – erməni yalanlarının ifşası kontekstində böyükəhəmiyyətə malikdir.

Bütövlükdə, Prezident İlham Əliyevin bəhs olunan müsahibəsində əksini tapan fikirlər tarixi, siyasi, strateji nöqteyi-nəzərdən əlamətdar olmaqla yanaşı, Azərbaycanın millimaraqların qorunması, perspektiv hədəflərə doğru irəliləməsi, regional miqyasda sülhün, təhlükəsizliyin təmin edilməsi və çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mövqeyinə işıq salır. Bu kontekstdə bir sıra strateji nüanslara ayrıca nəzər salmaqməqsədəmüvafiq olar”.

A.Əliyev əlavə edib ki, Azərbaycan Prezidenti30 il ərzində torpaqlarımızın işğal altında olmasının, eləcə də problemə münasibətdə qeyri-obyektiv, selektiv yanaşmaya və ikilistandartlara əsaslanan siyasətin həyata keçirilməsinin böyük ədalətsizlik olduğunu, buna baxmayaraq, Azərbaycan xalqının işğalfaktı ilə barışmadığını, Qurtuluş savaşı apararaq tarixi qələbə qazandığını diqqətə çatdırdı: “Əlbəttə, bu, tarixi ədalətin bərpası, beynəlxalq hüquq normalarının tələblərinin yerinə yetirilməsi və Azərbaycan dövlətinin qüdrətinin – milli gücünün ifadəsi idi. Dünyanın ən güclüorduları sırasında olan Azərbaycan Ordusu 44 gün ərzində döyüş meydanında öz sözünü dedi, böyük qəhrəmanlıq və peşəkarlıq nümayişetdirərək torpaqlarımızı işğaldan azad etməyə müvəffəq oldu. XXI əsrin müharibəsini apararaq qəhrəmanlıq salnaməsi yaradan və tarix yazan Azərbaycan Ordusunun döyüş yoluvə şanlı Zəfərinin bu gün dünyanın nüfuzlu alihərbi məktəblərində və tədqiqat mərkəzlərində öyrənilməsi təsadüfi deyil.

Ən mühüm məsələlərdən biri budur ki, müasirbeynəlxalq münasibətlər sisteminin nüfuzluaktoru və dünya birliyinin məsuliyyətli üzvüolan Azərbaycan müharibəni ləyaqətlə apardı, hər hansı bir müharibə cinayətinə və beynəlxalq hüquq normalarına zidd olan illeqal fəaliyyətə yol vermədi. Bu, regional güc mərkəzi olan, dünyada sabitlik adası, tolerantlıq nümunəsi və multikulturalizm diyarı kimi tanınan Azərbaycanın beynəlxalq hüquq normalarına və ümumbəşəri dəyərlərə sayğısının, xüsusidiqqətinin və həssas yanaşmasının ifadəsi idi.Nəhayət, Prezident İlham Əliyevin qeyd etdiyikimi, “torpaqlarımızın işğaldan azad olunması xalq qarşısında, tarix qarşısında, gələcək nəsillər qarşısında bizim borcumuz idi və biz bu borcuşərəflə yerinə yetirdik”. Həqiqətən də, Vətən müharibəsi Zəfəri Azərbaycanın çoxəsrlik dövlətçilik tarixinin şanlı – şərəfli qürur və iftixar səhifəsi olmaqla yanaşı, gələcək nəsillər üçün mənəvi-siyasi mirasdır”.

Əsas rəqibimiz zamandır

Onun sözlərinə görə, Azərbaycan Prezidenti“CNN Türk” telekanalına müsahibəsində, həmçinin postmüharibə dövrünün reallıqları və yeni mərhələdə Azərbaycan strateji hədəfləri, spesifik yanaşması və prinsipial mövqeyi ilə əlaqədar məqamları tam dəqiq və dolğunsurətdə ifadə etdi: “Bir daha bəlli oldu ki, Azərbaycan işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdışı yüksək səviyyədə təmin etmək əzmindədir. Təbii ki, həmin ərazilərdə infrastruktur quruculuğunun həyata keçirilməsi, minatəmizləmə işlərinin aparılması müəyyən zaman tələb edir, amma Azərbaycan Prezidentinin siyasi iradəsi, ölkəmizin maliyyə-iqtisadi imkanları, səmərəli beynəlxalq əlaqələri və tərəfdaşlıq münasibətləri bu hədəfə çatmağaimkan verir. Dövlət başçısının qeyd etdiyi kimi, bizim burada əsas rəqibimiz zamandır: “ÇünkiQarabağın və Şərqi Zəngəzurun bərpası üçünkifayət qədər maliyyə vəsaiti toplanıb və səfərbər olunub. Amma bizim əsas rəqibimiz zamandır və hər kəs anlamalıdır ki, burada dazamana ehtiyac var. Lakin biz vətəndaşlarımızı ən qısa müddət ərzində qaytaracağıq. Birincipilot layihə artıq gerçəkləşir, Zəngilan rayonunda 3 kəndi birləşdirən bir layihə bu ilinsonuna, ya da ki, gələn ilin əvvəlinə hazır olacaq”.

Azərbaycanın mövqeyi konkret və birmənalıdır

O, əlavə edib ki, bunlarla yanaşı, digər bir vacib və aktual məsələ Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır: “Postmüharibə dönəmində də üstün geosiyasi iradə nümayiş etdirən qalib Azərbaycan sülh müqaviləsinin imzalanması tərəfdarı kimi çıxış edir. “Biz istəyirik Ermənistanla sülh müqaviləsi imzalansın. Ermənistan və Azərbaycan bir-birilərinin ərazi bütövlüyünü tanısınlar və sərhədlərin delimitasiyası prosesi də başlasın”,-deyən Prezident İlham Əliyev Azərbaycanın dəyişməz və konkret mövqeyini ifadə edib. Amma Ermənistan bu məsələdə konkret mövqe– vahid yanaşma ortaya qoymayıb, bu daməğlub ölkənin siyasi qeyri-müəyyənlik vəziyyətində olduğunu göstərir. Amma 44 müharibədən sonra şərtləri qalib Azərbaycanın diktə etdiyi hazırkı geostrateji reallıqlar fonundaErmənistanın konstruktiv mövqe sərgiləməkdən başqa şansı yoxdur. Bu ölkə ərazi iddiasından əl çəkərək Azərbaycanın ərazi bütövlüyünütanımalı, sərhədlərin demarkasiyası və delimitasiyası ilə əlaqədar konkret işlər görməli, sülh müqaviləsinə hazırlıq işlərinə başlamalıdır.Yeri gəlmişkən, hazırda Ermənistanın qarşısında duran birinci dərəcəli strateji öhdəlik 10 noyabr2020-ci il tarixdə imzalanmış üçtərəfli Bəyanatın bütün şərtləri və tələblərinə zamanında, tam və qeyd-şərtsiz əməl etməkdir.Biz görürük ki, məğlub ölkə vaxtaşırı hərbi-siyasi təxribatlar törətməklə regiondatəhlükəsizlik mühitini hədəfə almağa, vəziyyəti gərginləşdirməyə çalışır. Eyni zamanda, Rusiyanın sülhməramlı qüvvələrinin nəzarətində olan ərazilərə Ermənistandan silahlar və hərbçilər göndərilir ki, bu dayolverilməzdir. Bütün bunlar Avrasiya geosiyasiməkanının çox mühüm strateji həlqəsi olanCənubi Qafqaz regionunda uzunmüddətli sülhvə təhlükəsizlik mühitinin yaradılmasına, çoxşaxəli işbirliyinin təmin olunmasına qarşı siyasi provakasiyalardır. Azərbaycanın hazırkı mərhələdə Rusiyadan da gözləntisi üçtərəfli Bəyanatın bütün müddəalarının yerinə yetirilməsidir”.

Azərbaycan Cənubi Qafqazı beynəlxalq əməkdaşlıq məkanına çevirir

A.Əliyevin sözlərinə görə, daha bir əhəmiyyətli məsələ Azərbaycanın yaratdığı reallıqların Cənubi Qafqaz regionunda yeni genişmiqyaslı əməkdaşlıq imkanları formalaşdırmasıdır: “Burada bir çox vacib məqam var. Bunlardanbiri bölgədə kommunikasiya xətlərinin bərpası, yeni nəqliyyat qovşağının yaradılmasıdır. Bukontekstdə Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi çox mühüm əhəmiyyətə malikdir. Bugeostrateji koridor həm Cənubi Qafqazregionunda, həm də Asiyadan Avropaya doğrugeniş miqyasda əməkdaşlığın dərinləşməsinə, sıx işbirliyinin formalaşmasına mühüm töhfə olacaq. Yeni kommunikasiya vasitəsilə Azərbaycanın Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşməsi, Azərbaycanın əsas hissəsi ilə Muxtar Respublika arasında birbaşa quru əlaqəsinin yaranması isə stratejiönəm daşıyır. Bu dəhlizin yaradılması həm də Ermənistan üçün faydalı ola bilər. Ermənistan bu şansdan yararlanmaqla dəmir yolu ilə həm İranla, həm də Rusiya ilə əlaqə yarada bilər. Bütövlükdə isə, Zəngəzur dəhlizinin açılması bütün region dövlətləri üçün önəmli siyasi və iqtisadi fayda, rifah vəd edir. Digər tərəfdən, Azərbaycan Cənubi Qafqazda 3+3 formatını dadəstəkləyir, bu kontekstdə öz üzərinə düşən strateji vəzifələri yerinə yetirmək əzmindədir.

Nəticə etibarilə, strateji imkanlarından səmərəli istifadə edən Azərbaycan nüfuzlu və güclü aktorkimi Cənubi Qafqazı beynəlxalq işbirliyiməkanına çevirir. Bu isə regional təhlükəsizlik və qlobal əməkdaşlıq baxımından da çox önəmli olmaqla yanaşı, ölkəmizin beynəlxalq mövqeyinin daha da möhkəmlənməsinə, dünyasiyasətində yüksəlişinə, yeni geostratejiüstünlüklər qazanmasına xidmət edir”.