“Prezident bir daha təsdiq etdi ki, Türkiyə Azərbaycanın bir nömrəli strateji müttəfiqidir”-Turab Rzayev Siyasət

“Prezident bir daha təsdiq etdi ki, Türkiyə Azərbaycanın bir nömrəli strateji müttəfiqidir”-Turab Rzayev

“Prezident Əliyev Rusiya mediasına müsahibəsindən sonra Türkiyə mediasına müsahibə verib. Bu müsahibələrdə ölkə rəhbəri geopolitik məsələlərə, Azərbaycan və ətrafında cərəyan edən hadisələrə öz münasibətini bildirib”. Bunu xalqcəbhəsi.az-a açıqlamasında analitik Turab Rzayev deyib. Onun fikrincə, Prezident bir daha təsdiq etdi ki, TürkiyəAzərbaycanın bir nömrəli strateji, hərbi-siyasi müttəfiqidir və bu belə qalmaqda davam edəcəkdir: “Türkiyə ilə Azərbaycan arasındakı Şuşa Bəyənnaməsi ilə də təsdiqlənmiş bu strateji ittifaqa heç bir kənar qüvvə müdaxilə edə bilməz. Ölkə rəhbəri bu dəfə Rusiya haqqında nisbətən daha təmkinli danışdı. Daha mülayim mesajlar ötürüldü. Prezident Əliyevin Türkiyə mediasına müsahibəsində Rusiyaya ötürdüyü müsbət mesajları belə qruplaşdırmaq olar:

- Arada anlaşılmazlıqların, kiçik mübahisələrin olmasına baxmayaraq, Prezident ümumilikdəsülhməramlıların fəaliyyətindən razılıq etdi;

- Rusiyanın Ermənistanı yenidən silahlandırması ilə bağlı məsələyə münasibət bildirə ölkə rəhbəri, bunu daha çox erməni propoqandası adlandırdı və bu məsələnin əslində ictimaiyyətə səhv təqdim olunduğunubildirdi.

Bu iki punktu toplasaq, ölkə rəhbəri rəsmi Bakı və Moskva arasında münasibətləri kifayət qədər yüksək səviyyədə qiymətləndirdi.

Prezident Türkiyə mediasına verdiyimüsahibəsində əsas mövqe əvvəlki çıxışlar ilə üst-üstə düşür. Qarabağın dağlıq hissəsində münaqişə həll olunub, müharibə bitib, bir dahatəkrarlanmayacaq, biz qalib gəlmişik. Bundanbaşqa Rusiya sülhməramlılarının müvəqqəti nəzarət etdiyi ərazilər Azərbaycanın suverenərazisidir və orada yaşan ermənilər Azərbaycan vətəndaşıdır, Azərbaycan dövləti olaraq bizbaşqa heç bir yanaşmanı qəbul etmirik”.

Əli Zülüfqaroğlu