4 Noyabr 15:45
Tələbələrin köçürülməsi ilə bağlı yayılan məlumatlara aydınlıq gətirilib
Mirzoyan: Moskva və Tehrandan amerikalıların TRIPP-də iştirakına qarşı heç bir açıqlama verilməyib
Gələn il 15 min ailə özünüməşğulluq proqramına cəlb ediləcək
Gürcüstanda “oğru dünyası” ilə əlaqəli azərbaycanlı zərərsizləşdirilib
26 Oktyabr 2021 12:52
1 953
Ermənistan müxalifəti xüsusilə, Koçaryanın rəhbəri olduğu "Hayastan" bloku Paşinyanın Moskvada Azərbaycan prezidenti ilə danışıqlar prosesində ərazi güzəştlərinə gedəcəyi bəhanəsi ilə, mitinqlərə start verib. Koçaryana dəstək "Daşnaksityun" partiyasindan İşxan Saqatelyan dəstək verir.
Bunu “Xalq Cəbhəsi”nə politoloq Məhəmməd Əsədullazadə bildirib.
Onun sözlərinə görə, təbii ki, bu kimi mitinqlərlə hakimiyyətə qarşı təzyiq mümkün olmayacaq. Həmçinin, bununla Koçaryan əhalinin aktiv dəstəyini ala bilməyəcək. Parlament seçkilərində Kocayan hesab edirdi ki, parlament tribunasından ana müxalifət olaraq N.Paşinyana qarşı mübarizə aparacaq və konkret nailiyyətlər əldə edəcək. Parlamentdə fraksiya rəhbəri S.Ohanyanın bir neçə təxribatlara əl atması və blokun depudatların etirazları da səmərəli olmadi. Hayastan fraksiyasının bütün təxribatları iqtidar partiyası tərəfindən qarşısı alındı. Bununlada R. Koçaryanın parlament mübarəlizəsi fiaskoya uğradı.
Politoloq qeyd edib ki, növbəti dəfə yenidən meydana qayıdır. Bu dəfə N. Paşinyanın ölkəsinin sülhə və iqtisadi blokadadan çıxmaq siyasətinə qarşı etiraz edir: “Azərbaycan və Türkiyə münasibətlərin normallaşmasına qarşı çıxır. Koçaryanın bu siyasəti, arxalandığı nə Rusiya dəstəkləyəcək, nə də artıq sıradan çıxmaq üzrə olduğu "Qarabağ" klanı. Ona görə də Koçaryanın daşnaklarla birgə bu fiaskoya uğramış mübarizəsi də nəticəsiz başa çatacaq”.
M.Əsədullazadə deyib ki, ümumiyyətlə, regionda yeni bir geosiyasi reallıqlar yaranıb. Ermənistanda istənilən hakimiyyət bununla hesablaşmaq məcburiyyətindədir.R. Koçaryan sadəcə bununla çalışır ki, nəyəsə nail olsun. Amma, bununla özünün siyasi girdaba yuvarlanmasina səbəb olacaq: “Ermənistanla Azərbaycan arasında əldə olunan razılaşmaların yerinə yetirilməsi Yerevan üçün məcburidir. Əks təqdirdə isə, Ermənistan siyasi-iqtisadi defolta məhkum olar.
Azərbaycanın yaratdığı yeni siyasi nizam Ermənistan üçündə yeni əlverişli şərait yaradır. Yerevan bundan yararlanmaq istəməsə, Azərbaycan güc yolu ilə öz maraqlarını təmin edəcək”.
Cavid