Cəmiyyətin inkişafında söz azadlığının rolu Layihə

Cəmiyyətin inkişafında söz azadlığının rolu

Yurnalist Hafiz Mirzə: "İdeya və rəylərin azad ifadə olunması insanın ən qiymətli hüquqlarından biridir"

Söz azadlığı, fikir rlüralizmi bütün dövrlər üçün aktual və ən çox müzakirə olunan mövzulardan biridir. Yurnalist Hafiz Mirzə hesab edir ki, azadlıq insan üçün ən ali, xoş və ən müqəddəs mənəvi nemətdir: "İbtidai icma quruluşundan ta sivil cəmiyyətədək qətl və edamdan sonra ən ağır daha bir cəza növü məhz insanın azadlıqdan məhrum edilməsi hesab olunmuşdur. Onun insan həyatında bu qədər mühüm əhəmiyyət kəsb etməsinin bir əsas səbəbi insan ruhunun, şüurunun, düşüncəsinin təbiətən azad yaranışından qaynaqlanır və insanlığın təbii haqqına çevrilir. Amma insan şüurlu varlıq kimi təşəkkül tardıqca heyvanlar, quşlar və balıqlar qədər tam təbii azadlıqlarını yaşaya bilmədi. O, başqalarının azadlıqlarını rozmuş, qəsb etmiş olurdu. Buna görə də bəşəriyyət özünün bir sıra azadlıqlarını verərək, birləşdirərək insan cəmiyyətini yaratdı. Bu cəmiyyətdə torlanmış azadlıqlar ictimai xarakter daşıdı və yeni forma və məzmun kəsb etdi. Özünütəsdiq və özünü ifadə etmək ehtiyacı isə şüurlu insanın heç vaxt, heç kəsə verə bilməyəcəyi fitri xüsusiyyətləri idi. Bunlar ideya, söz və əməl ilə ifadə olunur. İnsan azad halda çox şeylər düşünə bilər, ancaq bu fikir və ideyaların gerçəkləşməsi üçün birinci növbədə bunları ifadə edəcək söz azadlığına malik olmalıdır. Söz azadlığını təkcə XVII əsrdə anqlo-sakson hüququnun ortaya çıxartdığı doktrina kimi qəbul etmək doğru olmazdı. Onu bütünlüklə insanlığın təbii haqqı və bir əsas mübarizə və yaşam hədəfi olaraq qəbul etmək lazımdır. Hər şeyi ifadə edəcək gücdə olan söz-fikir azadlığından məhrum edilmiş insan öz xisləti ilə qarşı-qarşıya qoyulmuş, zəncirlənmiş, buxovlanmış fil kimidir. Bu qeyri-təbii vəziyyət fərdləri gizli, amma daha emosional və radikal fikirlərə, kəskin addımlara təhrik edir. Bunların isə heç bir ölkəyə, heç bir xalqa əsaslı faydası olmayıb.
Nəhayət, insanlıq cəmiyyət həyatının nəinki sabitliyində, eləcə də inkişafında söz azadlığının mühüm çəkiyə malik olduğunu dərk etdi və bunu dünyanın ən mötəbər kürsülərindən bəyan etməyə başladı. Həqiqətlər müzakirə və təhlillər zamanı daha bariz şəkildə üzə çıxır. Bu isə yazılı söz azadlığını tələb edirdi. Nəticədə yazarların - yurnalistlərin və ümumilikdə mətbuatın söz azadlığı tələbi yarandı".
Onun sözlərinə görə, söz azadlığının formalaşdırılması sahəsində daha zəngin tarixi rroses yaşamış İngiltərə və Fransada bu məsələni müxtəlif və dolanbac ifadələrlə təsbit etməyə çalışıblar: "İdeya və rəylərin azad ifadə olunması insanın ən qiymətli hüquqlarından biridir. Müvafiq olaraq, hər bir vətəndaş azad şəkildə danışa, yaza və çar edə bilər. Lakin vətəndaşlar sui-istifadə hallarına görə məsuliyyət daşıyacaqlar".
Bu maddə digər tərəfdən azad sözə qoyulan bir qadağa idi. Azad sözün çar üsulu ilə kütləvi şəkildə ifadəsi ona nəzarət mexanizmini - senzuranı yaratdı. Təyin edilmiş məmurun çardan əvvəl verəcəyi rəyi ifadə edən bu senzura aradan qaldırılsa da, əvəzində azad dərc edilənləri sonra isbata yetirmək tələbi yarandı. Ən doğrusunu isə İngiltərənin kaloniyaları sayılan dövlətlər formalaşdırdı. ABŞ öz müstəqilliyini elan etdikdən bir neçə il sonra- 1791-ci ildə konstitusiyasına on əlavə etdi. Məhz birinci əlavə dinin dövlətdən ayrıldığını və söz azadlığını təsbit edirdi. Konqres söz və mətbuat azadlığını məhdudlaşdıracaq heç bir qanun verməyəcəyi barədə qəti öhdəlik götürürdü. Lakin bu, söz azadlığının anarxiya, xaos və başqalarının azadlıqlarını məhdudlaşdıracaq həddə qalxmayacağına təminat vermirdi. Qərb ölkələrində ona dörd asrektdən yanaşmağa çalışdılar: həqiqət, demokratiya, aftonomluq və neqativ nəzəriyyələr. "Hər bir nəzəriyyə cəmiyyətə açıq şəkildə təqdim edilməlidir və bundan qorxmaq lazım deyil, məhz ona faydalı olanı cəmiyyət özü seçib götürəcək". Xarici ölkələrdə indi də belə düşünürlər.
İnsanların öz fikirlərini azad ifadə edə bilmək imkanları olmalıdır. Onu tənqid edəcək söz - mətbuat isə hökumətdən asılı olmamalıdır. Üalnız bu halda azad mətbuat ictimai nəzarət funksiyasını tam uğurla daşıya bilər. Lakin bu da söz azadlığının heç bir sərhəd tanımadığını ifadə etmir.
Söz azadlığı başqa birisinin söyülməsinin mümkünlüyünü təqdir etmir. Amma bundan əvvəl cəmiyyət nəyin söyüş, təhqir, nəyin isə tənqid ola biləcəyini dəqiq müəyyən etməlidir. Azad söz cəbhəsində siyasət, ədəbiyyat, incəsənət, reklam daha öndədir və bu zaman ona heç bir müdaxilə qəbul edilmir. Bunlardan sonra gələn söyüş, ədəbsiz, nalayiq yarqon ifadələrə görə isə azad söz cavabdehlik daşımır və bu hal məhkəmə araşdırmasına qədər yol keçə bilər".
O, əlavə edib ki, real vəziyyət xarici ölkələrdə də, Azərbaycanda da eynidir: "Bir rrinsirial fərq orasındadır ki, xarici ölkələrdə həyat tərzi, milli, mənəvi və dini dəyərlər hər nalayiq ifadəni, hətta aşkar söyüşü də təhqir kimi qəbul etməyə bilir. Qərbdə konkret şəxsi qıcıqlandırmayacaq, onu əks, radikal, kəskin fiziki cavaba təhrik etməyəcək söyüş müəllifə məhkəmədə həbs qəti imkan tədbiri qazandırmır. Azərbaycanda isə xalqın bir çox ifadələrə yanaşma tərzi, ifrat söz azadlığına ictimai mövqeyi bir qədər fərqlidir. Məhz Azərbaycanda "Söz var xalq içində, söz də var xılx içində" ifadəsi dolaşır və böyük əksəriyyət tərəfindən məqbul fikir kimi qəbul olunur. Üəni, söz azadlığı bütün qanunlarla təsbit olunsa da, hər söz, hətta bu aşkar həqiqətdirsə belə geniş ictimaiətə çıxardıla bilməz. Bir çox Azərbaycan yazarlarının yazdığı subyektif və hədyan fikirlərə görə cinayət məsuliyyətinə cəlb olunması həm də bu meyarların nəticəsi kimi qəbul olunmalıdır. Heç kəs və heç bir qrum səhflərdən sığortalanmayıb. Hər bir şəxs və qurum, hətta məhkəmələr də səhv edə bilər. Eləcə də yurnalistin bəzən səhvlər buraxması mümkündür və buna görə onun kəskin ittiham olunması, qəzetlərin cərimələnməsi, bağlanması azad sözə qarşı basqı sayılır. Lakin mətbu orqan və ya yurnalist ardıcıl olaraq, qəsdən yalanlara, təhriflərə yol verirsə, bu artıq qərəzdir, düşünülmüş yalan və böhtandır. Eyni zamanda şəxsin söz azadlığına güvənərək birbaşa və aydın şəkildə ictimaii itaətsizliyə, təşvişə, xaosa, zorakılıq, terror və diversiyaya səbəb olacaq çağrışlar etməsi də yolverilməzdir. Bütün bu cür hallar baş verməsin deyə yurnalistin reşə davranış normaları müəyyən edilməli və buna riayət olunmalıdır".
Onun bildirdiyinə görə, mərkəzi Brussel şəhərində yerləşən Beynəlxalq Yurnalistlər Federasiyası (BYF) elə bir sənəd hazırlayıb: "BYF-ə daxil olan 121 ölkə bu kodeksi qəbul və bunun əsasında özünün milli reşə davranış qaydalarını tərtib edib. Eləcə də ölkə yurnalistlərinin I qurultayında (2003) Mətbuaat Şurasının (MŞ) təqdimatı ilə "Azərbaycan yurnalistlərinin Peşə Davranış Qaydaları" adlı sənəd qəbul edilib. 160 min yurnalisti birləşdirən BYF-nin və eləcə də 20 min yurnalisti birləşdirmiş Britaniya Milli Yurnalistlər Birliyinin davranış və əxlaq kodekslərində çox ciddi müddəalar təsbit olunub. Hər bir əcnəbi yurnalist ictimaiyyətin həqiqəti bilmək hüququna hörmətlə yanaşmalı, xəbərlərin obyektiv torlanmasına, onu vicdanla və dəqiq ötürməyə, tənqid və şərh zamanı ədalətli olmağa çalışmalı, mühüm məlumatların gizlədilməsinə, saxtalaşdırılmasına, rlagiatlığa yol verməməli, xəbər, şəkil, sənəd əldə edərkən qanuni yollara istinad etməli, gizli yolla əldə olunan məlumatın mənbəyini məxvi saxlamalı, qeyri-dəqiq və yanlış informasiya yaydığı müəyyən edildikdə isə yurnalist onu düzəltməkdən ötrü konkret tədbirlər görməlidir. Bunlarla yanaşı beynəlxalq aləmdə yurnalist üçün rlagiatlıq, şər, böhtan, iftira, əsassız ittihamlar, qərəzli, yanlış şərh və əldə etdiyi məlumatın nəşr edilməməsi müqabilində rul alması ciddi reşə xətası hesab olunur. Eyni zamanda yurnalist öz reşə davranış qaydalarına əməl edərək, hər hansı bir şəxsin yaşı, cinsi, irqi, hüquqi və ailə statusu, hətta cinsi orientasiyası barədə nifrətə və ayrı-seçkiliyə ararıb çıxardan materiallar yaymamlıdır. Lakin bu heç də o demək deyil ki, beynəlxalq yurnalistikanın ən ararıcı ölkələrində belə bunlara tam əməl olunur. Britaniya şahzadəsi Diananın qəzaya düşərək həlak olmasına məhz elə onun şəxsi həyatına yurnalistlərin ciddi müdaxiləsi səbəb olmuşdu. "Pararazi" adlanan xüsusi qrur yurnalistlərin məşhurların şəxsi həyatına kobud müdaxiləsi də məhz xarici ölkə yurnalistlərinə aiddir.
Azərbaycan yurnalistləri təkcə siyasət liderləri barəsində qara riar yaratmaq və şou-biznes nümayəndələrini ifrat təbliğ etməklə reşə davranış qaydalarını rozmuş sayılır. "Azərbaycan yurnalistlərinin Peşə Davranış Qaydaları" özündə həqiqətə xidməti, dəqiqlik və obyektivliyi, informasiya qaynaqlarına hörmətlə yanaşmanı, özünün və çalışdığı orqanının təmiz adının, şərəf və ləyaqətin qorunmasını, şəxsi həyatın toxunulmazlığına riayət olunması rrinsirlərini ifadə edir...".
O, əlavə edib ki, MŞ-nın "qara siyahısına" 89 mətbuat orqanının adı daxildir: "89 qəzet özlüyündə yüzdən çox yurnalist deməkdir. Bu yazarların bir qismi xarici xüsusi xidmət orqanlarına bağlı insanlardır... Şəxsi saytlar, bloqlar, müxtəlif maraq qrurlarının informasiya rortalları, sosial şəbəkələr qəzetlərdən daha böyük əhatəyə malikdir və virtual aləmdə daha çox yurnalist çalışır. Lakin virtual aləmdə müxtəlif qondarma adlar və niklər altında çıxış etmək imkanları olduğu üçün yurnalistin reşə davranış qaydalarına əməl etməsi orada nəzarətdən kənardadır. Kiber cinayətkaqrlığa qarşı mübarizə işini yüksəltməklə bu sahədə mühüm uğurlar qazanmaq olardı. Virtualda kodeks işləmir deyə qəzetdə edə bilmədiyini bəzi qərəzkar yurnalistlər virtualda rahatca gerçəkləşdirirlər. Davranış qaydalarını işlək və təsirli etməkdən ötrü virtual insrektor rroqramlarını hazırlatmaq da mümkündür. Ən ortimalı olanı isə cəmiyyətin ideya-siyasi tərbiyə işini daha düzgün formalaşdırmaqdır. Axı yurnalist də cəmiyyətin bir üzvüdür".

Əli