Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
AXC dövründə milli mətbuat

AXC dövründə milli mətbuat Layihə

AXC dövründə milli mətbuat

Məhəmməd Əmin Rəsulzadə: "Savad ona görə lazımdır ki, qəzet savadlı çıxarılsın"

Arxivlərdə Azərbaycan Xalq Cümhuriyyətinin parlamentinin iclaslarında mətbuat haqqında qanunun müzakirəsinin stenoqramı həmin dövrün mənzərəsini əyani təsvir edir. Məsələn, sosialist Ağamalıoğlunun çıxışı: "Bu qanunda xəcalətli bir iş varsa, o da qəzetə müdiri barəsindədir. Deyirlər ki, müdir nə cür olmalıdır. Guya gərək "qramotnı", yəni savadlı olsun. Bu qanunu yazanlardan bir şey soruşuram ki, öylə olarmı bir qəzetin başında bisavad müdir olsun? Şimdi bisavad məsələsinə gəldikdə bizim işimiz çətinləşir. Əvvəla savadı ölçməyə bizim əlimizdə bir ölçü yoxdur. Həm də məmləkətimizdə savadlı adam da yoxdur. Onları Parijdən gətirə bilməyəcəyik. Biz bu gün Əliheydər Qarayevi redaktor
qoysaq, deyəcəklər ki, onun savadı yoxdur. Bu kimi qanunlar hürriyyəti-mətbuatı məhv etməkdir".
Ağamalıoğlunun gurultulu çıxışına Məhəmməd Əmin Rəsulzadə cavab verir: "Bu qanunda nələr var ki, hürriyyəti mətbuat əleyhinə olduğunu söyləyirlər. Qanun istəyirmiş ki, qəzetə yazan şəxs savadlı olsun, qabaqca hər bir hüququ əlindən alınmış şəxs qəzet çıxara bilməsin və yaş məsələsi. Bunlar da hürriyyəti-mətbuat əleyhinə imiş. Birincisi, savad ona görə lazımdır ki, qəzetə savadlı çıxarılsın, ikincisi, haradasa cinayət eləyib gəlib burada qəzetə çıxarmaq istəyən adam gərək müəyyən məsələlərə cavabdeh olsun, üçüncüsü, məsələn 14 yaşlı uşağın adına bir qəzetə açılıb bundan sui-istifadə edilməsin".
Ümumiyyətlə, Məhəmməd Əmin bəy bu məsələylə bağlı bir neçə dəfə kürsüyə çıxmalı və arayış verməli olur, nitqində dövlət, mətbuat, müxalifət münasibətlərini çox aydın
şəkildə izah edir. Bugünkü mətbuatımızda da ciddi problemə çevrilmiş mühüm bir məqam haqqında isə Məhəmməd Əmin bəy deyir: "Rəisi-vükəla yayın istisində Ağdaşa gedib işlə məşğul olduğu halda, Qarayev "rəisi-vükəla bu istidə camaatın dərdinə qalmayıb yaylağa gedir" deyə yazırsa, o zaman bu növ qanunsuz iş görən mətbuata qarşı hökumət tədbir görər və görür".
Azərbaycan Xalq Cümhuriyyətinin qanunları demokratiya ilə monarxiyanı, söz azadlığı ilə mətbuat şərini bir-birindən ayırırdı və bu məsələlərdə səhvə yol verənlər üçün cəza mexanizmi də tətbiq edilirdi.
Cəmi iyirmi üç ay davam etmiş bu respublikanın siyasi, ictimai, mədəni, əxlaqi, bir sözlə, sosial-iqtisadi və mənəvi həyat tərzi məhz bu illərin dövri mətbuatında öz əksini tapıb. Həqiqətən dövri mətbuat 1918-1920-ci illərdə Azərbaycan həyatının canlı salnaməsi, sənədli tarixi yadigarıdır.
O illərdə (mətbuatın differensasiyası prosesi) müxtəlif zümrələrin maraqlarına görə təsnifatı da mövcud idi. Məsələn, gənclərə məxsus "İttifaqi-mütəllimin", "Gənclər sədası", "Gənclər yurdu" Tələbə və müəllimlərə aid "Əfkari -mütəllimin", incəsənət xadimlərinin, sənət adamlarının "Övrəqi - nəfisə" , "Mədəniyyət" kimi mətbu orqanları nəşr olunurdu.
Musavat partiyasının eyni adlı qəzeti dərc olunurdu. "İnsanlara hürriyyət, millətlərə müsavat" şüarı ilə çıxan bu mətbu orqanının ən fəal əməkdaşı M.Ə.Rəsulzadə və Əhməd Həmdi idi. "Müsavat" qapandıqdan sonra onun yerinə "İstiqlal" qəzeti çap olundu. İlk sayı 1919-cu ildə çıxan qəzetin 2 ildə 51 sayı işıq üzü görüb. Qəzetin əsas məqsədi Azərbaycan istiqlalını müdafiə etmək, qorumaq idi. Adətən onun başlığının yanında belə bir şüar yazılırdı:

Millət yoludur, həqq yoludur, tutduğumuz yol,
Ey həqq yaşa, ey sevgili millət, yaşa, var ol!

Qəzetin 1-ci sayında "İstiqlal" adı məqalədə yazılırdı: "İnsanların istiqlalına hürriyyəti - şəxsiyyə, millətlərin hürriyyəti - məxsiyyətinə istiqlal deyilir. Hürriyyəti-şəxsiyyə nə qədər müqəddəs isə şəxslərin məcmun olan millətlərin istiqlalı da o nisbətdə müqəddəsdir".
1918-1920-ci illərdə milli publisistikanın ön sırasında "Azərbaycan" qəzeti gedirdi. Xalqın milli ideallarını bu dövrdə məhz bu qəzet tam genişliyi ilə təmsil edirdi. Bu qəzetdə siyasi-ictimai məqalələr, müsahibələr, sual və cavablar, xəbərlər, resenziyalar şəklində olan yazılar dərc edilirdi. "Azərbaycan" qəzetinin publisist mübarizəsinin başında, qəzetin əsas redaktorlarından olmuş Y.Hacıbəyli (Y.Hacıbəyov) dayanırdı. Y.Hacıbəyovun publisistikası həm ideya-mövzu, həm də janr və forma cəhətdən rəngarəng idi. Onu ictimai həyatın demək olar ki, bütün siyasi-ictimai mənəvi-əxlaqi məsələləri düşündürürdü. "Azərbaycan"ın istifadə etdiyi forma əsasən "Təəssürat" başlığı ilə verilən və respublika parlamentindəki hadisələri şərh və təhlil edən "Hesabat" janrlı publisist yazılar idi. Bunların içərisində milli ordunun yaradılması, erməni-daşnak qüvvələrinin Qarabağ və Naxçıvana təcavüzünə qarşı milli birliyə çağırış movzusu öz kəskinliyi ilə seçilirdi. Y.Hacıbəyovun "Azərbaycan" qəzetindəki siyasi publisistikasında milli birliyə, milli həmrəyliyə çağırış, daxili siyasi pərakəndəliyin tənqidi daha geniş yer tutur.
1918-1920-ci illərdə publisistikasının mühüm tənqid hədəflərindən biri Azərbaycan xalqını dünyaya "vəhşi", "qaniçən", "mədəniyyətsiz" kimi tanıdan erməni-daşnak təbliğatı idi. Bu mövzuda yazdığı "Sədd-İsgəndər" adlı məqaləsini Y.Hacıbəyov Azərbaycan nümayəndə heyətinin Fransaya sülh konfransına getdiyi günlərdə qələmə alır. O, erməni-daşnak təbliğatı nəticəsində Azərbaycan diplomatiyası qarşısında dayanan maneələri "İsgəndər-Səddi" hesab edir. Bu səddi keçmək üçün Azərbaycan hökumətinin və xalqının qarşısında duran çətin vəzifələri aydınlaşdırırdı. 1918-1920-ci illərdə Azərbaycan Respublikasının sənətkarlıq səviyyəsi Y.Hacıbəylinin yazılarında öz əksini tapıb. Onun siyasi publisistikasında bədii suallar, təkrirlər, müqayisələr və s. bədii vasitələrdən geniş şəkildə istifadə edilib. Bu cəhətdən onun Azərbaycanın milli müstəqilliyini görmək istəməyən müxalifət partiyalarına qarşı yazdığı aşağıdakı sətirlər çox səciyyəvidir: "Gözlər var ki, dünənə qədər əsir və qul olan bir milləti bu gün azad və sərbəst görmək istəmirlər. Qulaqlar var ki, lal edilmiş bir millətin dininin bu gün açılıb da söz söyləməsini eşitmək istəmirlər. Qəlblər var ki, bir əsrdən artıq məhkum qalan bir millətin bu gün müstəqil və azad olmasını qəbul etmək istəmirlər".
1918-1920-ci illərdə Azərbaycan siyasi publisistikasının ən parlaq nümunələri Məmməd Əmin Rəsulzadənin qələminə məxsus idi. Onun siyasi publisistikası XX əsrin əvvəllərində Azərbaycan xalqını milli-azadlıq idealları ilə tərbiyələndirməkdə böyük təbliğati qüvvəyə malik idi. Bu cəhətdən onun Azərbaycan Respublikasının yarandığı ilk günlərdə qələmə aldığı "Azərbaycan paytaxtı" adlı tarixi-publisist məqaləsi bu gün belə öz ictimai təsir qüvvəsini saxlamaqdadır. M.Ə.Rəsulzadə silsilə məqalələrdən ibarət olan yazısında Azərbaycan türklərinin tarixi keçmişindən, yaşadığı ərazinin coğrafi hüdudlarından bəhs edir, vətəni, milləti sevdirməyə çığırırdı: "Mən mətbuatı çox aradım. Lakin Bakı barədə bir yazıya rast gəlmədim. Bu həvəs mənə casərət verdi: müxtəsər də olsa, Bakının tarixi haqqında bir kaç yarpaq qaralayalım. Şübhəsiz ki, bu sətirlərlə veriləcək məlumat Azərbaycan paytaxtının şan və heysiyyəti və şüciyyəti ilə olmayacaq. Düşündüm ki, nəqis də olsa, bir şey olsun. Biz nəqisini başlarıq, mütəşəbbüs gənclərimiz də çalışar vətən eşqi, məmləkət məhəbbəti ilə səy edər, bu başlanğıcı təkmil edərlər".
Ümumiyyətlə, M.Ə.Rəsulzadənin "Azərbaycan" qəzetində çıxmış yazılarının əksəriyyəti 1918-1920-ci illərin ən gərgin siyasi hadisələri ilə bağlı idi. 1919-cu ilin mart-avqust aylarında cəmi altı nömrəsi nəşr olunan "Ovraqi-nəfisə" jurnalının müdiri Zülfüqar Hacıbəyov, baş mühərriri Əlabbas Müznib idi. Ömrü az olsa da, "Ovraqi-nəfisə" ədəbiyyat və incəsənətin təbliğində müəyyən iş görə bilmişdi. Onun səhifələrində M.F.Axundovun, M.P.Vaqifin, Ə.Nəbatinin, T.Fikrətin, N.B.Vəzirovun, Ə.Vahidin, artistlərdən M.M.Məmmədovun, Ə.Hüseynzadənin, A.M.Şərifzadənin, X.Hüseynzadənin tərcümeyi-halları, Məhəmməd Hadi, Rəşidbəy Əfəndiyev, Əlabbas Müznib, Kazım Kazımzadə və başqalarının şeirləri nəşr edilmişdi.
"Ovraqi-nəfisə"nin ilk nömrəsi Hüseyn Ərəblinskinin yaradıcılığına həsr etmək nəzərdə tutulsa da aktyor öldürüldüyü üçün alınmır. "Ovraqi-nəfisə"nin H.Ərəblinskinin faciəli ölümünə həsr edilən birinci nömrəsində Ruhulla Axundov yazırdı: "Doğrudan da, bu il, deyəsən, qəsdən millətin səhnəsiz qalmasını təbiət qət etmişdir. Gənc artist Hacı Hacınski, səhnəmizin birinci xadimlərindən hesab olunan Cahangir Zeynalov, yenə iki məşhur artist Vəli və Surxayın səhnəmizin qoyub ketməsi, deyəsən, az idi. İndi də Hüseyn Ərəblinskini bədəfkarlar əlimizdən aldılar".
Əliheydər Qarayev isə bolşevik "Hümmət" təşkilatı adından deyirdi: "Səhnənin babası Hüseyn oldu desəm, səhv etmərəm? Cavan artistin keridə qalmış müsəlman məxluğuna teatr nə olduğunu öz cidd-cəhdi ilə göstərməsinə şahidik. Bunu unutmamalı ki, adını müsəlman artisti qoyan şəxsin heç vaxt nə qarnı tox, nə cibi doludur. Bu cavan millət mübarizi bu gün bir külləyə qurban olub".
1918-1920-ci illərdə Azərbaycanda istər milli, istərsə də bolşevik cəbhəsinə məxsus publisistlər satirik üslubdanda istifadə edirdilər. Bu illərdə "Şeypur" və "Zəmbur", "Tartan-partan" və "Məşəl" adlı jurnallarda satirik publisistika üstünlük təşkil edirdi. Satirik "Zəmbur" jurnalında çarizmin devrilməsindən sonra Bakıda hökm sürən hərc-mərclik, hakimiyyət uğrunda gedən çəkişmələr, xaricilərin yenidən Bakıya axışıb gəlməsi müxtəlif satirik janrlarda lağa qoyulurdu.
1918-1920-ci illərdə çıxmış "Şeypur" satirik jurnalının başlıca gülüş hədəflərindən biri ermənilərin Qarabağda törətdiklər vəhşilikləri idi. "Azərbaycanlı" imzalı müəllifin "Erməni yuxusu" adlı ("Şeypur" 1919, 11 yanvar, H 13) yazısında məhz bu məsələyə toxunulurdu. "Şeypur" jurnalı bu dövrdə Azərbaycannın milli müstəqilliyini qəbul edə bilməyən bolşevikləri lağa qoyurdu. "Şeypur" satirik jurnalı milli-müstəqilliyin qorunması fikrini öz oxucusuna bu şəkildə çatdırırdı: "Mart hadisələrindən sonra suya batmış toyuq kimi suyun süzülə-süzülə, büzülmüş, bir tərəfdə qalmışdın. Öz şəhərində, öz evində özgə yerdən gəlmişlərin əli altında əzilirdin. Küçədən keçəndə divar dibi yeriyib, öz ana dilində danışmağa ehtiyat edirdin. Bu altı ay sənin üçün çox zülmlü olub. Lakin, oyunlar üçün çalmaqda şeypur olmayıb. İndi şükr olsun "Şeypur"umuzu parlayana qədər çalmağa başlayırıq".

Ülviyyə Tahirqızı