“İslamın əsasında düşüncə, inanc və söz azadlığı var” Layihə

“İslamın əsasında düşüncə, inanc və söz azadlığı var”

Demokratiyaya aid bütün anlayışların əsası din əxlaqında mövcuddur

İnsan həyatının çox mühüm hissəsi olan və həyat keyfiyyətini yüksəldən azadlıq ancaq demokratiya anlayışının hakim olması ilə mümkündür. Çünki demokratiya bütün insanların sosial ədalət, bərabərlik, haqq və azadlığa sahib olduğu idarəetmə formasıdır. Demokratiya peyğəmbərlər vasitəsilə uca Allahın qullarına haqq kitablarda vəhy etdiyi bir nemətdir. Bütün haqq kitablarda azadlıq, sevgi, mərhəmət, ədalət, hər kəsin sərbəst yaşayacağı, sərbəst fikirlərini dilə gətirə biləcəyi sülh içində yaşanan bir mühit əmr edilib. Bu səbəbdən, demokratiyanın ilk yarandığı yer kimi qəbul edilən qədim yunan torpaqları və ya müasir dövrdə demokratiyanın mərkəzi olaraq qəbul edilən Avropa ölkələri demokratiyanı haqq dinlərdən öyrəniblər. Lakin demokratiyanın ən inkişaf etmiş forması İslam əxlaqının bütün dünyaya hakim olması ilə yaşanacaq.
İslam əxlaqını tanımayan və ya yeni tanış olan bəzi insanlar İslamı yanlış mənbələrdən öyrəndikləri üçün yanlış ön mühakimələrə və fikirlərə sahib olurlar. Bu insanlar heç bir doğruluğu olmadığı halda, İslamın azadlıqlarına mane olacağına, sənət və elmə zərər vuracağına inanırlar. Halbuki, İslam insanlara ibadət, fikir və söz azadlığı təmin edən, onların hər cür haqqını himayə altın alan və insanlara gerçək azadlıq verən bir dindir. Quranda bildirilən "Əgər səni yalançı hesab etsələr, de: "Mənim əməlim mənə, sizin əməliniz isə sizə aiddir. Siz mənim etdiyim əməldən uzaqsınız, mən də sizin etdiyiniz əməllərdən uzağam" (Yunis surəsi, 41) ayəsi uca Allahın qullarına demokratiyani əmr etdiyi ayələrdən biridir. Bu ayədə heç kimə təzyiq edilməməsinin, hər kəsin fikir və inanc azadlığına sahib olmasının əhəmiyyəti çox açıq ifadə olunub.
Demokratiyanın hər şərti ancaq İslam əxlaqının yaşanması ilə tətbiq oluna bilər.
1. Sosial ədalət: uca Allah sosial ədaləti əmr edir.
Əsl demokratik sistemdə sosial ədalət demokratiyanın əsas prinsiplərindən biridir. İnsanlar sosial ədaləti hz. İbrahim (ə.s) və hz. Nuhdan (ə.s) öyrəniblər. Dini mənbələrə görə, hz. Nuh (ə.s) tufandan sonra gəmi quruya çıxanda çox az qalan noxud, mərcimək, üzüm, əncir, bulğur kimi ərzaqların hamısını qarışdırıb bişirmiş və aşura hazırlayıb. Sonra gəmidə olan hər kəslə birlikdə hazırladığı yeməyi yeyib. Bu sosial ədalətdir. Çünki hər kəsə bərabərlik, köməksevərlik və paylaşmağı öyrədir və insanlara yemək verməyin önəmini xatırladır: "Elçilərimiz mələklər İbrahimə müjdə gətirdilər və: "Salam!" - dedilər. O da: "Salam!"- dedi və dərhal gedib qızardılmış bir buzov gətirdi. (Hud surəsi, 69) ayəsində xəbər verildiyi kimi, hz. İbrahim (ə.s) qonaqları gələndə dərhal bir buzov kəsib bişirib və qonaqlara təqdim edib. Hz. İbrahimin (ə.s) heç tanımadığı insanlara yemək təqdim etməsi ilə uca Allah yemək ikram etməyin gözəl davranış olduğunu, həmçinin mümkün olduqca yoxsullara da yemək hədiyyə etməyin əhəmiyyətini hikmətli bir örnəklə bildirib və sosial ədalətə diqqət çəkib.
2. Bərabərlik: uca Allah irqlərin bir-birinə üstün olmadığını Quranda bildirib.
Rəbbimiz bir Quran ayəsində xəbər verdiyi kimi üstünlüyün təqvaya görə olacağını bildirib. Ayədə belə buyurulur:
Ey insanlar! Biz sizi kişi və qadından yaratdıq. Sonra bir-birinizi tanıyasınız deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Şübhəsiz ki, Allah yanında ən hörmətli olanınız Ondan ən çox qorxanınızdır. Həqiqətən, Allah biləndir, xəbərdardır. (Hücurat surəsi, 13)
Uca Allahın əmr etdiyi bu həqiqəti Peyğəmbərimiz (s.ə.v) isə hədislərində belə buyurub: "Ey insanlar! Hamınız Adəmin övladlarısınız. Adəm isə torpaqdan yaradılıb. İnsanlar mütləq və mütləq irqləri ilə öyünmək duyğusunu tərk etməlidirlər.! (Sünen-i Ebu Davud, 4/331)
Peyğəmbərimiz vida xütbəsində müsəlmanlara belə müraciət edib: "Nəsillərlə öyünülməz. Ərəblər ərəb olduqlarına, əcəmlər (ərəb olmayanlar) əcəm olduqlarına görə üstün olmazlar. Çünki Allah qatında ən uca olanınız ona qarşı gəlməkdən ən çox çəkinənizdir (ən təqvalınızdır)".
3. Ədalət: uca Allah ədaləti əmr edir. Allah Quranda möminlərə: "Ey iman gətirənlər! (Şahidliyiniz) özünüzün və ya valideynlərin, ya da yaxın qohumların əleyhinə olsa belə, Allah şahidləri kimi ədaləti qoruyun. (Əleyhinə şahidlik edəcəyiniz şəxslərin) varlı və ya kasıb olmasından asılı olmayaraq, Allah onların hər ikisinə daha yaxındır. Hissiyyata qapılıb haqdan uzaqlaşmayın! Əgər siz (cəfəngiyyat) danışsanız və ya (həqiqəti deməkdən) boyun qaçırsanız, bilin ki, Allah nə etdiklərinizdən xəbərdardır. (Nisa surəsi, 135), - deyə buyurub. Peyğəmbərimiz Məhəmmədin həm müsəlmanlar arasında verdiyi hökmlər, həm digər din, dil, irq və qövmlərdən olan insanlara qarşı ədalətli və şəfqətli mövqeyi, həm də Allahın ayəsində bildirdiyi kimi zəngin, yoxsul ayırd etmədən hər kəsə bərabər davranması demokratiya anlayışına gözəl nümunədir.
Allah bir ayəsində belə buyurur: "Onlar yalana həvəslə qulaq asanlar və daima haram yeyənlərdir. Əgər onlar yanına gəlsələr, aralarında hökm ver və ya onlardan üz çevir. Əgər onlardan üz çevirsən, sənə heç bir şeylə zərər verə bilməzlər. Əgər onların arasında hökm verməli olsan, ədalətlə hökm ver. Şübhəsiz ki, Allah ədalətli olanları sevir". (Maidə surəsi, 42).
Peyğəmbərimiz (s.ə.v) bu ayənin hökmünə uyğun olaraq sözə baxmayan qövmün içində belə Allahın əmrini yerinə yetirib və heç vaxt ədalətdən güzəştə getməyib. Daim ayədə bildirildiyi kimi: "Rəbbim ədalətli olmağı əmr etdi" (Əraf surəsi, 29) - deyərək hər dövrdə bütün insanlara nümunə olub. Demokratiya yalnız Allahın əmr etdiyi əxlaq anlayışının yaşanması ilə mümkündür.
Göründüyü kimi, İslamın əsasında düşüncə, inanc və söz azadlığı vardır. Bəzi insanlar demokratiyanın insanlıq tarixinə qədim Yunanıstanla girdiyini zənn edirlər. Halbuki, insanlara demokratiyanı öyrədən Allahdır. Adəmdən indiyə qədər bütün peyğəmbərlər azadlığın, azad düşüncənin, fikirlərə hörmətin əsl təmsilçiləridirlər. Demokratiya deyiləndə insanların ağlına gələn azadlıq, ədalət, heç kimə təzyiq edilməməsi, hər insanın birinci dərəcəli vətəndaş olması, insanlara hörmətlə yanaşılması, etibar edilməsi, insanların fikirlərinə görə mühakimə olunmaması kimi bütün anlayışların əsası din əxlaqında mövcuddur. İnsanlar bunları tarix boyu Allahın endirdiyi haqq dinlər vasitəsilə öyrəniblər və ən gözəl örnəklərinə də haqq dinlərin yaşandığı dövrlərdə şahid olublar.
İnsanlara düşüncələrəinə görə zülm edildiyi, fərqli ideologiyalara sahib olanların əzildiyi, fərqli din mənsublarının təhqir olunduğu, alçaldıldığı, sənətin, elmin, incəsənətim öldüyü, insanların həyat sevinclərini itirib robota çevrildikləri, kitab yandırmalarının, cinayətlərin, qətl və soyqırımların yaşandığı dövrlərə baxanda isə ya dinsiz, ateist ideologiyaların, ya da din əxlaqını özündən uzaqlaşdıraraq radikal bir zehniyyətlə yanlış şəkildə izah edənlərin təsirini görürük. Uca Allahın haqq dini Allahın əmr etdiyi şəkli ilə yaşandıqda insanların həsrətini çəkdikləri gerçək ədalət, demokratiya, hörmət və sevgi yaşanır...
Digər bütün peyğəmbərlər kimi Məhəmmədin (s.ə.v.) peyğəmbərliyi dövründə də demokratiya anlayışına nümunə olan bir çox hadisə yaşanıb. Peyğəmbərimizin yaşadığı ərazidə müxtəlif din, dil, irq və qəbilədən olan insan birlikdə yaşayırdı. Bu cəmiyyətlərin bir yerdə hüzur və güvən içində yaşamaları və aralarına nifaq toxumu səpməyə çalışanlara mane olmaq çox çətin idi. Ən kiçik bir sözdən və ya hərəkətdən dərhal bir qrup digərinə qarşı qəzəblənib hücum edə bilirdi. Lakin Peyğəmbərimizin demokratiya anlayışı, ədalətlə hökm etməsi müsəlmanlar üçün olduğu qədər bu cəmiyyətlər üçün də hüzur və etibar mənbəyi oldu. Əsri-səadət dövründə Ərəbistan yarımadasında xristian, musəvi və ya bütpərəstlər arasında ayrı-seçkilik etmədən hər kəsə ədalətlə davranılmışdır. Peyğəmbərimiz Allahın "dində məcburiyyət yoxdur" (Bəqərə surəsi, 256) ayəsinə uyğun olaraq, hər kəsə haqq din əxlaqını izah edib, ancaq seçimlərini etmək mövzusunu da sərbəst buraxıb. İslam dinində azadlığa əhəmiyyət verilib, heç bir təzyiq edilməyib.
Hər müsəlman Quran əxlaqının tələbi olaraq insanlara doğru yolu göstərməklə, onları yaxşılığa dəvət etməklə və pislikdən uzaqlaşdırmaqla məsuliyyət daşıyır. Lakin heç vaxt bir insanı özü kimi düşünməyə, özü kimi yaşamağa, özü kimi davranmağa və ya geyinməyə məcbur etməməlidir. Müsəlman doğrunu göstərir, seçimi isə qarşısındakı insana buraxır. Bu, Allahın Quranda "Dində məcburiyyər yoxdur? (Bəqərə surəsi, 256) ayəsi ilə bildirdiyi hökmdür.
Peyğəmbərimiz (s.ə.v) uca Allahın bu əmrinə uyğun olaraq Ərəbistan yarımadasının cənub tərəfindəki xristian nəcran xalqı ilə saziş imzalayıb. Bu, İslam dininin demokratik sistemdəki düşüncə və inanc azadlığının əsl mənbəyi olduğunu açıq göstərir. Sazişin maddələrindən biri belədir:
Nəcranlıların və onlara xidmət edənlərin canları, malları, dinləri, ailələri, kilsələri və sahib olduqları hər şey Allahın və Peyğəmbərin himayəsi altına alınacaq.
Peyğəmbərimizin xristian, musəvi və müşrik cəmiyyətlərlə imzaladığı Mədinə vəsiqəsi də İslamdakı demokratiya anlayışının ən gözəl örnəklərindən biridir. Fərqli inanclara sahib olan cəmiyyətlər arasında ədalətin təmin olunması və hər cəmiyyətin mənfəətlərinin qorunması üçün hazırlanan bu vəsiqə sayəsində illərlə düşmənçilik içində yaşayan cəmiyyətlərə sülh gətirilmişdir. Mədinə vəsiqəsinin əsas xüsusiyyətlərindən biri inanc azadlığının təmin edilməsidir. Bu mövzu ilə bağlı maddə belədir: "Bəni-Əfv yəhudiləri möminlərlə bərabər eyni ümmətdirlər. Yəhudilərin dinləri özlərinə, müsəlmanların dinləri də özlərinədir. Mədinə vəsiqəsinin 16-cı maddəsində isə - bizə tabe olan yəhudilər haqsızlığa məruz qalmadan və düşmənləri ilə də köməkləşmədən, kömək və dəstəyimizə haqq qazanacaqlar deyə bildirilib". Peyğəmbərimizdən sonra da səhabələri onun sazişə əlavə etdiyi bu hökmə sadiq qalıblar və eyni hökmü Bərbəri, Buddist, Brahman və başqa inanclardan olan insanlar üçün də tətbiq ediblər.

Əli