“İrəvanın qeyru-konsurtiktiv mövqeyi, Moskva tərəfindən həyata keçirilir” Layihə

“İrəvanın qeyru-konsurtiktiv mövqeyi, Moskva tərəfindən həyata keçirilir”

Məhəmməd Əsədullazadə: "Bu amillər, Ermənistanın işğalçı siyasətinin davam etməsinə səbəb olur"

Azər Həsrət: "İşğal faktının aradan qaldırılmasına mane olan bir nömrəli faktor Rusiya və onun bölgədəki maraqlardır"

Əli Orucov: "Ermənisatn işğalçılıq və terrorizmə dəstək siyasəti yürüdür"

Dünyada gedıən geosiyasi oyunlar, qlobal qarşıdurmalar Dağlıq Qarabağ münaqişəsini arxa plana keçirir. Həmçinin ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələrin çarpışan maraqları, az qala müharibə şəraitində olmaları Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşmür. Ümumiyyətlə işğal faktoruna son qoyulmasını əngəlləyən faktor hansılardır. Alternativ hansı planlar var və Azərbaycan nə etməlidir? Ekspertlər nə düşünürlər?
Politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, ötən ay ATƏT-in Minsk qrupunun həmsədrlərinin regiona səfəri Yerevan və Bakıda görüşləri, ABŞ həmsədri Hoqlandın Rusiya və Fransa ilə razılaşdırdığı "üç maddəlik" planınında ərazilərin boşaldılması ilə paralel referendumun keçirilməsi nəzərdə tutulan hissələr rəsmi Bakı tərəfindən haqlı olaraq qəbul edilmədi: "Bu səfərdə irəli sürülən təkliflər erməni tərəfinin maraqlarına uyğun olaraq yenidən münaqişənin həllində irəliləyiş əldə olunmadı. Ermənistan bir neçə aydı danışıqlardan çəklilib, substantiv danışıqlar mərhələsini sabotaj etməkdədir. Qeyd edim ki, rəsmi İrəvanın qeyru-konsurtiktiv mövqeyi, Moskva tərəfindən həyata keçirilir. Çünki, Rusiya Ermənistana yeni silah partiyaları, PUA əleyhinə daşına bilən silahlar və digər artilleriya vasitələri ötürməkdədir. Bu amillər, Ermənistanın işğalçı siyasətinin davam etməsinə, regional təhlükəsizliyi təhdid oluşdurduğuna səbəb olmaqdadır. Ermənilərin mütəmadi hərbi təlimləri, Rusiyanın 102-ci bazasının buna dəstək verməsi görünür ki, Rusiya Azərbaycanın inkişaf edən hərbi arsenalına paritet yaratmaq istəyir. Təssüf ki, Rusiya, ABŞ və Fransada son aylar Qarabağda separatçıların qəbulu, Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı çağırışlar münaqişənin həllini uzadır. Azərbaycan öz hərbi imkanlarını genişləndirərək, dost ölkələrlə Pakistan, İsrail və Türkiyə vasitəsilə müasir hərbi parkını genişləndirir".
Onun sözlərinə görə, Azərbaycan 10 ildə 20 mlrd dollar məbləğində silahlar alaraq, ölkənin müdafiə qabiliyyətinin artırılmasına və işğal olunmuş ərazilərin qaytarılmasına hesablanıb: "Ermənistan hazırda bütün danışıqlar prosesini yubadır, bu da istənilən halda hərbi eskalasiyasının bərpa olunmasına zəmin yaradır. Hazırda Azərbaycan 30 minlik şəxsi heyət və 200 yaxın zirehli texnika, aviasiya və yeni nəsil raketlərinin iştirakı ilə regionun ən böyük hərbi təlimlərini keçirir. Bu təlimlər, bir başa Ermənistana mesajdır. Vurğulamaq lazımdır ki, Rusiya forpostunu qorunması üçün Yerevan yaxınlığında öz hərbi bazaları ilə Azərbaycanın hərbi təlimlərinə cavab olaraq, qoşunlarını döyüş hazırlığı ilə poliqona çıxarıb. Baş verənlər, Qarabağ münaqişəsinin nə qədər mürəkkəb bir vəziyyətdə olmasını dəlalət edir. Ermənistanda Qarabağ klanın hakimiyyətdə qalmasıda vəziyyəti mürəkkəbləşdirəcək situasiyaya xidmət edir. Hedab edirəm ki, islam oyunlarından sonra Ermənistanla haqq-hesab çəkliləcək. Bu, ilk növbədə diplomatik müstəvidə olacaq. Nəticə əldə olunmasa, işğalçı ölkə substantiv danışıqlar prosesinə qstılmasa, Azərbaycan güc tətbiqinə başlaya bilər. Bu qaçılmazdır, istənilən halda bu baş verəcək. Düşmən ölkə nə qədər ki, Rusiyanın sivetdən qalma silahlarını poliqona çıxartsada, ABŞ-ın verdiyi kiçik kəşfiyyat müşahidə sistemi ilə təchiz edilsədə Azərbaycanın güclü hərbi arsenalı qarşısında duruş gətirə bilməyəcək. Beynəlxalq vəziyyət getdikcə mürəkkəbləşir. Şimali Qafqazda artıq, qaynar fazaya daxil olur. Rusiyanın Yaxın Şərqdə, Şərqi Avropada kifayət qədər ciddi şəkildə problemlərlə üzləşməsi, Azərbaycana Ermənistana zərbə vurmaq üçün kifayət qədər geniş imkanlar açır. Cənubi Qafqazda Rusiyanı regiondan sıxışdırılması üçün Azərbaycan ABŞ-la siyasi əməkdaşlığı genişləndirməli, Ermənistana qarşı bu amildən istifadə etməlidir".
Siyasi şərhçi Azər Həsrət bildirdi ki, işğal faktının aradan qaldırılmasına mane olan bir nömrəli faktor Rusiya və onun bölgədəki maraqlardır: "Bu faktor aradan qalxarsa bir damla qan tökülmədən Ermənistan Qarabağ da içində olmaqla bütün torpaqlarımızdan çəkilər.
Ermənilərin status-kvonu saxlamaq cəhdlərini yalnız fəal hərbi və siyasi hazırlıqla kölgədə qoymaq olar. Azərbaycan hər iki sahədə mütləq işğalçıdan xeyli irəlidə olmalıdır. Ermənistanın tıxribatlarına gəlincə ən xırda əməl belə sənədləşdirilməli, mümkün qədər sürətlə uyğun beynəlxalq qurumlara göndərilməlidir".

Siyasi şərhçi Əli Orucov diqqətə çatdırdı ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə mane olan əsas amillər Ermənisatnın yürütdüyü işğalçılıq və terrorizmə dəstək siyasəti, qeyri-konstruktiv mövqeyi və Rusiyanın İrəvana hər cür dəstək verməsidir: "Məzh Kremlın sayəsində təcavüzkar Ermənisatan indiyədək cəzasız qalıb və regionda təhlükəsizliyə ciddi problemlər yaradır. Təəssüf ki, Ermənistana təkcə Rusiya dəstək vermir. Belə bir dəstəyi Fransa və ABŞ-ın tərəfindən edildiyini də görürürük. Qərbin bir sıra dövlətləri "erməni soyqrımını" tanımaqla əslində ermənilərin geniş meydan sulamasına imkanlar yaratmış olurlar.
Münaqişənin nizmalanmasında vasitəçilik misiyasını üzrənə götürən həmsədr ölkələrdən olan Rusiya Erməstanı pulsuz silahlandırır, Fransa Dağlıq Qarabağın Ermənisatana verilməsi çağrıları ən mötəbər tribunalardan səsləndirilir, ABŞ separatçı rejimə hər il milyonlarla vəsait ayırır. İndiyədək BMT və Avropa Parlamentinin qətnamələrini yerinə yetirməyən Erməstana bir söz deyən yoxdur. Təcavüzkar adı ilə çağrılmır. Bütün bunlar isə Ermənistandakı hərbi xuntaya imkan verir ki, status kvo saxlanılsın, işağal altındakı ərazilərdə olan yeraltı və yer üstü sərvətləri talan etsin, təbii resurslardan faydalansın. Ancaq ötən ilin aprel müharibəsi göstərdi ki, status kvonu sonsuzadək saxlamaq mümkün deyil və bunun alternativi böyük dağıntılara və tələfata yol açan geniş miqyaslı uğurlu hərbi əməlyyatların aparılmasıdır. Doğrudur, müharibə yenidən başlayacağı təqdirdə Azərbaycan da itki verəcək, amma qazancımız verdiyimiz itkilərdən qat-qat çox olacaq və ərazi bütövlüyümüzü bərpa edə biləcəyik".
O əlavə edib ki, erməniləri daim qorxu və vahimə altında saxlamq lazımdır: "Onlar işğal etdikləri ərazilərdə öləcəklərini anlamaldırılar. Prezidentin dediyi kimi, onlar Azərbaycan toprpaqlarından rədd olub getməyincə ordumuzun hədəfi olacaqlar. Bakı, eyni zamanda, Dağlıq Qarabağda yaşayan erməni millətindən olan vətəndaşlarına seçim imkanı verməlidir, ya Azərbaycanın Konstitusiyasına və qanunlarına hörmət, ya da əraziləri tərk etmək...".
Politoloq Vasif Əfəndiyev deyib ki, beynəlxalq qurumlar tərəfindən rəsmi olaraq tanınan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi mövcud şəraitdə köklü həllinin tapılmasından çox uzaqdır: "Bu problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupu əslində heç bir hüquqi səlahiyyətə malik deyil. Bu qurum yalnız münaqişənin həlli variantını işləyib hazırlayaraq tərəflərə təqdim etmək missiyasını həyata keçirir". Onun sözlərinə görə, Azərbaycan tərəfi bu danışıqlarda mümkün olan və bəzən də maraqlarımıza zidd olan güzəştləri qəbul edərək münaqişənin sülh yolu ilə bitməsi üçün çox çalışıb: "Lakin görünən odur ki, Ermənistan tərəfi arxasındakı qüvvələrin dəstəyi ilə işğal olunmuş torpaqların azad olunması istiqamətində heç bir güzəşt və ya yumşalma mövqeyini sərgiləmək niyyətində deyil. Sarkisyan dəfələrlə açıq mətnlə işğal olunmuş torpaqlardan çəkilməyəcəklərini deyərək bu problemin yalnız Dağlıq Qarabağa müstəqillik verilməsindən başqa yolu olmadığını bildirib. O hətta daha da irəli gedərək indiyə qədər bufer zona adlandırdığı Dağlıq Qarabağ ətrafı rayonlarımızın belə qaytarılmayacağını dilə gətirib.
Münaqişənin həlli artıq dalana dirəndiyi üçün başqa yolların işlənib hazırlanmasına böyük ehtiyac var. İlk növbədə ATƏT-in formatının dəyişdirilməsi məsələsinə baxılmalıdır. Burada Minsk qrupunun tərkibinin dəyişdirilməsi və mandatının səlahiyyətlərinə yenidən baxılması tələb olunan reallıqdır. Minsk qrupunun tərkibinin genişləndirilərək Türkiyə, Almaniya və Pakistanın qoşulması münaqişənin həllində böyük təkan verə bilər".


Əli