

Astanada “Orta dəhlizin inkişafı” birgə layihəsi təqdim edilib
IMF: Bu il Azərbaycanın qeyri-neft iqtisadiyyatı 4,5% artacaq
Tokayevə və İlham Əliyevə “Orta Dəhlizin İnkişafı” layihəsi təqdim edilib
Cenevrədə Sahibə Qafarova və Alen Simonyan arasında görüş başlayıb
Dövlət Baxçalı Şimali Kipr parlamentini Türkiyəyə birləşməklə bağlı səsverməyə çağırıb
2025-ci il oktyabrın 19-da Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə Şuşa şəhərində “QHT-lərin VI İnkişaf və Mübadilə Proqramı” başa çatıb.
2 gün davam edən təlimlərdə layihələrin hazırlanması, məqsəd və vəzifələrin müəyyənləşdirilməsi, icra mərhələlərinin planlaşdırılması, məlumatların toplanması və təhlili, qərarların qəbulu prosesi, hədəf qruplarının müəyyən edilməsi, tərəfdaşlarla iş və digər mühüm mövzularda QHT-lərin bilik və bacarıqları artırılıb.
Təlimin yekununda uğurlu nəticə göstərən QHT-lərə sertifikatlar təqdim olunub.
Xatırladaq ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2022-ci ildə Mingəçevirdə, 2023-cü ildə Naftalan və Bakı şəhərlərində, 2024-cü ildə Naxçıvan və Şamaxı şəhərlərində QHT-lərin İnkişaf və Mübadilə Proqramlarını icra edib.
Beləliklə, son proqram da daxil olmaqla, indiyədək bu proqramlarda iştirak edən QHT təmsilçilərinin sayı 600 nəfərə çatıb.
Agentlik QHT-lərin ictimai faydalılığının yüksəldilməsi üçün QHT təmsilçilərinin bilik və bacarıqlarının artırılması fəaliyyətini bundan sonra da davam etdirəcək.
Cavid